Həkimlərimiz Moskvada uğursuz əməliyyat olunan gənci həyata qaytardı
22.07.2026 09:27

Moskvada uğursuz əməliyyat olunan 27 yaşlı xəstə ATU-nun Tədris Cərrahiyyə Klinikasının həkimləri tərəfindən yenidən həyata qaytarılıb. Əvvəl Moskvada, sonra isə Bakının digər klinikasında əməliyyatlar nəticəsində xəstənin öd yolunda yaranmış ağır zədələnmə həkimlərimizin təkrar rekonstruktiv cərrahi müdaxiləsi sayəsində aradan qaldırılıb.

 

Klinikadan Aztibb.az-a bildirilib ki, əməliyyat ATU -nun Ümumi cərrahlıq kafedrasının professoru, TCK-nın ümumi cərrahı Çərkəz Cəfərovun başçılğı ilə həyata keçirilib.

 

Professor Çərkəz Cəfərovun verdiyi məlumata görə, xəstə bu ilin mart ayında Moskva şəhərində laparoskopik xolesistektomiya (öd kisəsinin çıxarılması) əməliyyatı keçirib. Lakin əməliyyat zamanı yatrogen zədələnmə nəticəsində xəstədə ümumi öd axarı kəsilib və öd yollarının təbii bağlantısı pozulub. Bunun ardından xəstədə sarılıq baş verdiyinə görə bir gün sonra xəstə yenidən açıq əməliyyata götürülüb və öd axınının bərpası məqsədilə Roux-en-Y tipli anastomoz (qaraciyərdən gələn öd yollarının nazik bağırsaqla xüsusi üsulla birləşdirilməsi) yaradılıb.

 

İlk vaxtlar xəstənin vəziyyəti stabil olsa da, təxminən bir ay yarım sonra yenidən sarılıq inkişaf edib. Azərbaycana qayıtdıqdan sonra o, Bakıda klinikalardan birinə müraciət edib. Burada anastomoz nahiyəsində yaranmış daralmanı aradan qaldırmaq üçün balon dilatasiyası aparılıb. Lakin prosedur gözlənilən nəticəni vermədiyindən qaraciyərin sağ və sol paylarına perkutan drenajlar yerləşdirilib.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır