Media nümayəndələri üçün ilk yardım üzrə simulyasiya təlimləri keçirilib  
22.07.2026 12:53

22 İyul – Milli Mətbuat Günü ilə əlaqədar TƏBİB-in təşkilatçılığı ilə Yeni Klinikanın Tibbi Tədris-Simulyasiya Mərkəzində media nümayəndələri üçün “İlk yardım: Media üçün Simulyasiya Təlimi” keçirilib.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, təlimlərdə 20-yə yaxın media nümayəndəsi iştirak edib.

 

Açılış nitqi ilə çıxış edən Yeni Klinikanın direktoru, tibb üzrə fəlsəfə doktoru Zəhra Vəzirova qeyd edib ki, media nümayəndələri üçün təşkil olunan təlimlər ilk yardım üzrə əsas praktiki bilik və bacarıqların öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bildirib ki, təlimlər zamanı əldə edilən biliklər iştirakçıların ilk yardım sahəsində maariflənməsinə, həmçinin həyati təhlükə yaradan vəziyyətlərdə daha operativ və düzgün qərarlar qəbul etmələrinə imkan yaradacaq.

 

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zara İbrahimzadə çıxışında media nümayəndələri ilə əməkdaşlığın və açıq dialoqun TƏBİB üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edən Z.İbrahimzadə qeyd edib ki, TƏBİB media ilə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi və yeni layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

 

Təlimlər çərçivəsində AHA tərəfindən Təməl Yaşam Dəstəyi (BLS) üzrə beynəlxalq təlimçi Fəxriyyə Quliyeva tərəfindən media nümayəndələrinə ilk yardımın əsas prinsipləri, zərərçəkən şəxsin ilkin qiymətləndirilməsi, ürək-ağciyər reanimasiyası və digər həyati vacib müdaxilələr barədə məlumat verilib.

 

Praktiki hissədə iştirakçılar simulyasiya şəraitində əldə etdikləri bilikləri tətbiq ediblər. Media nümayəndələri ürək-ağciyər reanimasiyası zamanı döş qəfəsinə kompressiyaların icrası, ilk yardım alqoritmləri və digər praktiki bacarıqlar üzrə təlim keçiblər.

 

Təlim proqramının sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev