Yaponiyada koronavirusa yoluxma halları atmaqda davam edir
25.07.2020 10:24

Yaponiyada koronavirusa yoluxma halları artmaqda davam edir. Son məlumatlara görə, iyulun 24-də ölkə ərazisində 700-dən çox, Tokioda isə 260 virusa yoluxma halı qeydə alınıb.


Aztibb.az Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinə istinadla xəbər verir ki, son dörd gün ərzində yoluxanların sayı gündəlik 200-dən çox olub və 16 gündür həmin göstərici üç rəqəmlə ifadə olunur.


İyulun 23-də paytaxt meqapolisində rekord miqdarda - 366 yoluxma qeydə alınıb, ümumilikdə isə həmin göstərici 10 min 600-ü ötüb.

 
Yaponiyanın qərbində yerləşən Osakada 149 yoluxma halı qeydə alınıb. Artıq üç gündür ki, bu prefekturada yoluxanların sayı 100 nəfəri ötür.

Baş Nazir Şinzo Abe davam edən bayram və istirahət günlərində virus yoluxması təhlükəsinin artması ilə əlaqədar əhalini ehtiyatlı olmağa çağırıb.


“Biz virusun yayılmasının qarşısını almaq üçün bir daha hamıdan istirahət və bayram günlərində ciddi profilaktik tədbirlər görməyi xahiş edirik. Bu, o deməkdir ki, siz digər şəxslərlə sıx təmasdan yayınmalı, kütləvi tədbirlərə qatılmamalısınız”, - deyə Baş Nazir bildirib.


Qeyd edək ki, son məlumatlara görə, Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 29 mini ötüb. Virus nəticəsində həyatını itirənlərin sayı isə 1000-dən çoxdur.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır