Professor Lalə Allahverdiyevanın “COVID-19: Əsrin xəstəliyi” kitabının Kembricdə təqdimatı olub
28.04.2025 09:38

Böyük Britaniyanın Kembric şəhərində St Catharine’s Kollecində Azərbaycan Tibb Universitetinin “Klinik allerqologiya və immunologiya" kafedrasının müdiri, Əməkdar həkim, professor Lalə Allahverdiyevanın “COVID-19: Əsrin xəstəliyi” (“COVID–19: Disease of the Century”) adlı kitabının təqdimat mərasimi keçirilib.

 

Aztibb.az-a ATU-dan verilən xəbərə görə, professor Lalə Allahverdiyeva bildirib ki, bu kitab pandemiyanı yalnız tibbi aspektdən deyil, həm də qlobal miqyasda intellektual və strateji yanaşma prizmasından təhlil edən ilk əhatəli nəşrlərdən biridir. 20 fəsildən ibarət 256 səhifəlik kitabda 193 mənbəyə istinad olunub. Bu kitabda SARS-CoV-2 virusunun biologiyası, pandemiyanın başlanğıcı, xəstəliyin epidemiologiyası və patogenezi, COVID-19-un SARS və MERS virusları ilə müqayisəsi, klinik xüsusiyyətlər, diaqnostika və müalicə üsulları, vaksinasiya prosesi, əlaqəli göstərişlər, əks göstərişlər, həmçinin uşaqlarda COVID-19 xəstəliyinin gedişatı, allergik xəstəlikləri olan pasiyentlərdəki xüsusiyyətlər geniş şəkildə araşdırılıb.

 

Lalə Allahverdiyeva çıxışında xüsusi olaraq Azərbaycanın Naxçıvan Muxtar Respublikasında yerləşən “Duzdağ Mağaraları”nda post- COVID sindromlu xəstələrin speleoterapiya üsulu ilə reabilitasiyasından da bəhs edib. O qeyd edib ki, post-COVID sindromunun bu unikal müalicə üsulu Azərbaycanda uğurla tətbiq edilib və xəstələrin sağlamlıqlarında nəzərəçarpacaq müsbət dəyişikliklər əldə olunub.

 

Tədbir müzakirələrlə davam etdirilib.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib