“Azərbaycan Allerqologiya və Klinik İmmunologiya” jurnalının yeni sayı işıq üzü görüb
24.04.2025 16:44

“Azərbaycan Allerqologiya və Klinik İmmunologiya” jurnalının 2025-ci ildə ilk sayı işıq üzü görüb.

 

Aztibb.az-ın məlumatına görə, jurnalın bu sayında ATU-nun II və III Cərrahi xəstəliklər, Allerqologiya və immunologiya, Şüa diaqnostikası və terapiyası, II Uşaq xəstəlikləri kafedralarının və Elmi Araşdırmalar Mərkəzinin əməkdaşlarının məqalələri yer alıb.

 

Həmçinin 2024-cü ilin dekabrında ATU-nun Allerqologiya və immunologiya kafedrasının müdiri, “Azərbaycan Allerqoloq və İmmunoloqlar” cəmiyyətinin prezidenti, Azərbaycan respublikasının əməkdar elm xadimi, əməkdar həkim, tibb elmləri doktoru, professor Lalə Allahverdiyevanın təşəbbüsü ilə Bakı şəhərində keçirilən Azərbaycan-Türkiyə Allerqoloq və İmmunoloqlarının I beynəlxalq konfransı haqqında məlumat dərc edilib.

 

Xatırladaq ki, jurnal 2013-cü ildə Azərbaycan Tibb Universiteti tərəfindən təsis olunub və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) Rəyasət Heyətinin 16 may 2014-cü il tarixli qərarı ilə elmi-praktik nəşrlərin siyahısına əlavə edilib. Azərbaycan Respublikasında tibb elmləri üzrə fəlsəfə doktoru və tibb elmləri doktoru elmi dərəcələrinə iddia üçün yazılan dissertasiyaların əsas nəticələrinin nəşri üçün tövsiyə olunur. İldə 2 dəfə Azərbaycan, ingilis və rus dillərində çıxan elmi-praktik jurnalın baş redaktoru professor Lalə Allahverdiyevadır.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib