Yarasalarda yeni koronavirus aşkarlanıb
17.03.2025 11:06

Braziliyalı alimlər və Honq-Konq Universitetinin tədqiqatçıları yarasalardan götürdükləri nümunələri araşdıraraq yeni növ koronavirus aşkar ediblər. Mütəxəssislər virusun strukturunun Yaxın Şərq Tənəffüs Sindromuna (MERS) bənzədiyini və insanlara yoluxma potensialına malik ola biləcəyini bildiriblər.

 

Aztubb.az "TRT Haber"ə istinadən xəbər verir ki, tədqiqatçılar virusun sünbül zülal quruluşunun, infeksiyaya başlama mexanizminin insan hüceyrələrinə yapışmasına imkan verən xüsusiyyətlərə malik olduğunu bildiriblər.

 

Alimlər Honq Konqda aparılacaq laboratoriya tədqiqatlarında virusun insan hüceyrələrinə yoluxma potensialını qiymətləndirəcəklər. Tədqiqat çərçivəsində aşkar edilən 7 yeni virus daha ətraflı testlər üçün Çinə göndəriləcək.

 

Yeni aşkarlanan virusun MERS ilə oxşar xüsusiyyətlərə malik olduğu bildirilir. MERS heyvanlardan insanlara və insandan insana keçə bilən tənəffüs yolu xəstəliyi kimi tanınır. Yüksək hərarət, öskürək, nəfəs darlığı, ishal və qusma kimi əlamətlərə səbəb olan xəstəlik ağır hallarda ölümlə nəticələnə bilər.

 

Dünyada indiyədək 2613 MERS yoluxma qeydə alınıb və 943 nəfər ölüb. Virusların Cənubi Amerika və Meksikada yaşayan “məxməri quyruqlu sərbəst gəzən yarasa” və “böyük meyvə yarasası” növlərində aşkar edildiyi açıqlanıb. Araşdırmaya qatılan Viroloq Dr. Ricardo Duraes-Karvalho bildirib ki, yarasalar mühüm virus daşıyıcılarıdır və buna görə də daimi epidemioloji nəzarət altında saxlanılmalıdır. Bu cür monitorinq tədqiqatları dövriyyədə olan virusları və digər heyvanlara və ya insanlara ötürülmə risklərini müəyyən etmək üçün vacibdir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev