ÜST qərar verdi: COVID-19-un alt variantı ayrıca monitorinq edilməlidir
23.12.2023 06:43

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-un JN.1 variantını sürətli yayılmasına görə ana nəsil BA.2.86-dan ayrı nəzarət edilməli olan variant kimi təsnif edib.

Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, ÜST-ün açıqlamasına görə, JN.1 variantının hazırda qlobal ictimai sağlamlıq üçün yaratdığı risk “aşağı” hesab olunur.

“Buna baxmayaraq, şimal yarımkürəsində qışın başlaması ilə JN.1 bir çox ölkələrdə respirator infeksiyaların yükünü artıra bilər”, - məlumatda deyilir.

Açıqlamada ÜST-ün məlumatları daim nəzarətdə saxladığı və lazım gəldikdə JN.1 risk qiymətləndirməsini yeniləyəcəyi vurğulanıb.

Bəyanatda xatırladılıb ki, hazırkı COVID-19 vaksinləri JN.1 və SARS-CoV-2-nin digər dövriyyədə olan variantlarının səbəb olduğu ciddi xəstəlik və ölümdən qorunmağa davam edir.

Açıqlamada infeksiyalara və ciddi xəstəliklərə qarşı tədbir görülməsinə çağırış edilib və ehtiyat tədbirləri arasında insanların sıx olduğu, qapalı və ya zəif havalandırılan yerlərdə maska taxmaq, mümkün qədər təhlükəsiz məsafə saxlamaq, əlləri mütəmadi olaraq yumaq, yeniliklərdən xəbərdar olmaq daxildir.

Qeyd edək ki, JN.1 əvvəllər BA.2.86 alt törəmə variantlardan biri kimi öyrənililib.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib