Post-COVID sindromlu xəstələrin reabilitasiyasının yeni istiqamətləri araşdırılır
16.06.2023 16:12

Məlum olduğu kimi, dünyanın üzləşdiyi COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk dövlətlərdən biri Azərbaycan olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə dövlət və hökumət başçıları səviyyəsində xüsusi tədbirlər keçirilib.  

 
Azərbaycan humanizmlik göstərərək, Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırıb, əksər ölkələrə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son informasiya bülletenində bildirilib ki, 2023-cü ilin may ayında koronavirusdan ölüm hallarının sayı əvvəlki aylarla müqayisədə 39%, yoluxma hallarının sayı isə 30% azalıb.

aztibb.az xəbər verir ki, bununla belə, ölkəmizdə də epidemioloji vəziyyətin sabit olmasına baxmayaraq, COVID-19-un təhlükəsini hələ də yaşamaqdayıq.

Bundan irəli gələrək, “Post-COVID sindrom: Qlobal pandemiyanın arzuolunmaz nəticəsi” adlı elmi konfransda bu problemin aradan qaldırılmasına dair təkliflər müzakirə edilib.

Konfransda pandemiya dövründə elmi məlumatların, elcə də təcrübə mübadiləsinin təmin edilməsi istiqamətində ölkə miqyasında mütəmadi olaraq tədbirlərin həyata keçirildiyi qeyd edilib. Həmin dövürdə vacib əhəmiyyətli tibbi mövzuların səhiyyənin gündəmində saxlanılması, COVID-19-un diaqnostika və müalicəsində beynəlxalq və yerli təcrübəyə əsaslanan xidmətlərin həyata keçirlməsi yüksək qiymətləndirilib.

100-ə yaxın iştirakçının əyani, 300-ə yaxın iştirakçının isə distant iştirak etdiyi tədbirdə ATU-nun “Allerqologiya və immunologiya” kafedrasının müdiri, Əməkdar elm xadimi, Əməkdar həkim, Azərbaycan Pediatrlar Assosiasiyasının Fəxri Vitse-prezidenti, t.e.d., professor Lalə Allahverdiyevanın “Post-COVID sindromlu xəstələrin reabilitasiyasının əsas istiqamətləri” mövzusunda məruzəsi dinlənilib.

Professor məruzəsində pandemiyanın üç mərhələsindən bəhs edib: birinci mərhələ COVİD-19 pandemiyası, ikinci mərhələ COVID-19 pandemiyasından antibiotiklərə qarşı rezistentliyin əmələ gəlməsi, üçüncü mərhələ COVID-19-dan sonra yaranan post-COVID sindromuna qədər.

Alim vurğulayıb ki, COVID-19 200-dən çox ağırlaşmalara səbəb ola bilər. Professorun söylədiyinə görə, COVID-19 keçirən 4 xəstədən yalnız 1-i hospitalizasiyadan sonra tam sağalır. Post-COVID sindromu (Post-COVID-19 syndrom) və ya uzunmüddətli COVID (Long COVID) koronavirus infeksiyası keçirmiş insanların 20%-də rast gəlinir və 2021-ci ilin əvvəlində Xəstəliklərin Beynəlxalq Təsnifatının 10-cu baxışında (XBT-10) post-COVID sindrom ayrıca bir diaqnoz kimi təqdim edilib.

Lalə Allahverdiyeva Post-COVID sindromun ehtimal olunan əlamətlərindən virusun özünün neqativ təsiri, autoimmun reaksiyalar, qan damarlarının zədələnməsi, qan dövranı, bütün orqan və sistemlərin fəaliyyətinin pozulaması və ağır psixoloji stress kimi əlamətləri sadalayıb.

Post-COVID sindrom zamanı hansı reabilitasiyanın tələb olunduğu sualına gəldikdə isə məruzəçi hazırda bu sindromu olan xəstələrin rebilitasiyası üçün praktik olaraq heç bir təlimatın, elmi əsaslandırılmış proqramın olmadığını və bu sindromdan əziyyət çəkən xəstələrin sağalması üçün mütəxəssis reabilitoloqların çatışmadığını vurğulayıb.

Qeyd edək ki, professor Lalə Allahverdiyeva “Əsrin xəstəliyi-COVID-19” adlı yeni kitabını nəşrə hazırlayıb.

Kitabda koronavirusun yaratdığı problemlərlə bağlı səhiyyənin qarşısında duran vəzifələr və post-COVID dövründə insanların sağlamlığının təmin olunmasında yeni istiqamətlər araşdırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib