Nikel oksidi nanohissəciklərinin nanokompozitlərin strukturuna təsir xüsusiyyəti tədqiq edilib  
28.06.2024 09:06

AR Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Nanopolimer kompozitlər laboratoriyasının müdiri kimya elmləri doktoru, dosent Nüşabə Qurbanova və laboratoriyanın elmi işçisi Nurlanə Mirzəyevanın Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və Bakı Dövlət Universitetindən olan həmkarları ilə birlikdə həmmüəllifi olduqları məqalə “Journal of Elastomers & Plastics” jurnalında (2024, vol.56, No 4) dərc olunub.

 

Bu barədə Aztibb.az-a institutdan məlumat verilib.

“Nikel oksidi nanohissəciklərinin yüksək təzyiqli polietilenlə çoxdivarlı karbon nanoborusu əsasında hazırlanan nanokompozitlərin strukturuna və xassələrinə təsiri" adlı məqalədə müəlliflər tərəfindən yüksək təzyiqli polietilenlə çoxdivarlı karbon nanoborusu əsasında nikel oksid tərkibli nanokompozitlərin alınmasından, metal nanohissəciklərinin kompozitin struktur və xassələrinə təsirindən bəhs edilir. Alınan kompozitlərin fiziki-mexaniki, istilikfiziki və termiki xassələri DTA və AFM analiz üsullarından istifadə edilməklə tədqiq edilib.

 

Qeyd edək ki, Web of Science, SCOPUS kimi bazalara daxil olan jurnal 1.8 impakt faktora malikdir və Q3 kateqoriyasındadır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev