Profilaktik təbabət sahəsində yeni dərsliklər
06.06.2024 12:37

 

ATU-nun Qidalanma və tibbi ekologiya kafedrasında məsləhətçi professor M.A.Kazımovun ümumi redaktorluğu ilə iki dərslik - "Gigiyenik diaqnostika" və "Ətraf mühitin toksikologiyası" hazırlanaraq “Təbib” nəşriyyatında nəfis tərtibatda işıq üzü görüb.

 

Bu barədə Aztibb.az-a ATU-dan bildirilib.

 

"Gigiyenik diaqnostika” kursu yeni fənn olmaqla yanaşı, fundamental gigiyenanın əsas müddəaları üzərində formalaşıb. Gigiyenik diaqnostika fənninin vəzifəsi insanların sağlamlıq vəziyyəti və onu təhdid edən ətraf mühitin külli miqdarda risk amilləri arasındakı səbəb-nəticə əlaqələrini müəyyənləşdirməkdən ibarətdir. Bu isə, əhali sağlamlığının, ətraf mühit və sosial amillərin hərtərəfli tədqiqini tələb edir.

 

Tədqiqatların son nəticəsi sağlamlıq üçün risklərin qiymətləndirilməsi və onların aradan qaldırılması məqsədilə sosial-gigiyenik monitorinqin təşkil edilməsindən ibarət olmalıdır.

 

Dərslikdə bu fənnin həm nəzəri, həm də təcrübi aspektləri fənnin tədris proqramına uyğun olaraq aydın və lakonik şəkildə şərh edilib.

 

“Ətraf mühitin toksikologiyası” dərsliyi isə Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş, dövlət təhsil standartlarına uyğun olaraq Elm və Təhsil Nazirliyinin əmrilə Azərbaycan Tibb Universitetində “Tibbi profilaktika” ixtisası üzrə təhsil alan tələbələrin tədris fənlərinə daxil edilmiş “Ətraf mühitin toksikologiyası” fənninin proqramı əsasında hazırlanıb.

 

Dərslikdə ətraf mühit obyektlərinin kimyəvi çirklənmələri, onların mənbələri, əhali sağlamlığına təsiri, toksikodinamikası, orqanizmdə metabolizm xüsusiyyətləri, toksikometriya elementlərinin təyini, ksenobiotiklərin müxtəlif ətraf mühit obyektlərində normalaşdırılmasının xüsusiyyətləri və əhali sağlamlığına təsirinin profilaktikası məsələlərinə dair nəzəri və təcrübi material məntiqi ardıcıllıqla öz əksini tapıb.

 

Hər iki dərslik tibbi-profilaktika ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub. Dərsliklərdə təqdim olunan materiallar, eyni zamanda, ətraf mühit və əhali sağlamlığının profilaktikası sahəsində çalışan həkim-profilaktiklər və klinik təbabətlə məşğul olan həkimlər, həmçinin digər mütəxəssislər üçün də faydalı ola bilər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
AMEA-da akademik Vəli Axundovun 110 illiyi qeyd edilib
Nizami Tibb Mərkəzinin ümumi cərrahı dünyasını dəyişib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi özəl tibb müəssisəsində infeksiyalara yoluxma risklərinin idarə olunması ilə bağlı təlim keçirib
Liv Bona Dea Xəstəxanasının Pediatrik Reanimasiya və İntensiv Terapiya Bölməsinin fəaliyyətə başlamasından 2 il ötür
Azərbaycanlı alim 16 ölkə transplantoloqlarının toplaşdığı beynəlxalq simpoziumda iki məruzə ilə çıxış edib
 Tədris Cərrahiyyə Klinikasında boyunun orta kistası uğurla əməliyyat olunub   
 Şəki Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası    
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə edilib
“Azərbaycan dili” (ingilis qrupları üçün) dərsliyi işıq üzü görüb
Azərbaycan Pediatrlar Assosiasiyası xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti sosial-mədəni və tibbi aksiya həyata keçirib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri beynəlxalq konfransda təmsil olunublar
Həmkarımızın psixoloji tükəndiyini necə anlayaq?
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının mütəxəssisləri tərəfindən loqoped xidməti təşkil olunub
 Dövlət Gömrük Komitəsinin nümayəndəsi EAPCCT-nin 46-cı Beynəlxalq Konqresində iştirak edib   
 Tərtər RMX tərəfindən hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyası həyata keçirilir