Azot tərkibli beşüzvlü heterotsiklik birləşmələr haqqında monoqrafiya nəşr olunub
04.06.2024 14:54

Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun direktoru professor Bəxtiyar Məmmədovun, Hеtеrоtsiklik monomerlər laboratoriyasının müdiri dosent Məhruzə Şatirova və laboratoriyanın aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru Aynur Qarayevanın həmmüəllifi olduqları “Azot tərkibli beşüzvlü heterotsiklik birləşmələr (pirrol, pirazol və pirazolin törəmələri)” kitabı nəşr olunub.

 

Bu məlumat Aztibb.az-a İnstitutdan verilib.

 

Monoqrafiyada pirrol, pirazol və pirazolinlərin doymamış ketonlar və onların halogenli törəmələri əsasında sintezi sahəsində aparılan tədqiqat işləri ümumiləşdirilib. Həyata keçirilən bir sıra kimyəvi çevrilmələr nəticəsində alınan müxtəlif törəmələrin tərkibləri və quruluşları müasir fiziki-kimyəvi analiz üsulları ilə təyin edilib, sintez olunan bəzi birləşmələrin bioloji fəallıqlarının təyini istiqamətində əldə olunan məlumatlar təhlil edilib və sistemləşdirilib. Monoqrafiya azotlu üzvi birləşmələr kimyası sahəsində çalışan mütəxəssislər, bu sahədə təhsil alan doktorant, dissertant, magistrant və ali məktəb tələbələri üçün nəzərdə tutulub.

 

Kitabın elmi redaktoru professor Eldar Məmmədbəylidir. Dörd fəsildən ibarət monoqrafiya Polimer Materialları İnstitutunun Elmi şurasının qərarına əsasən çap olunub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
Lerik RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
I Naxçıvan Beynəlxalq Tibb Günlərində aktual mövzularda müzakirələr aparılıb
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub