Kimyaçı alimlərin məqaləsi beynəlxalq jurnalın reytinq siyahısında ilk onluğa daxil edilib  
23.05.2024 11:37

Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) aparıcı alimlərinin nüfuzlu “Wiley” nəşriyyatına daxil olan “ChemistrySelect” jurnalında dərc etdirdikləri “Azot əsaslı yeni heterotsiklik birləşmələrin sintezi, xarakteristikası, molekulyar dokinq və asetilxolinesteraza, α-qlikozidaza enzim inhibitorlaşma istiqamətləri” adlı məqaləsi jurnalın 2024-cü il üzrə ən çox istinad olunan məqalələrin reytinq siyahısında ilk onluğa daxil olub.

 

AMEA-dan Aztibb.az-a bildirilib ki, buna görə “Wiley” nəşriyyatı məqalənin ilk müəllifi olan AKİ-nin baş direktoru akademik Vaqif Fərzəliyevi sertifikatla təltif edib.

 

Məlumat üçün bildirək ki, azot əsaslı yeni heterosiklik birləşmələr hər iki metabolik fermentə qarşı effektiv inhibə profilləri nümayiş etdirmişdir. Bu nəticələr, xüsusən də geniş yayılmış bəzi xəstəliklərin müalicəsi üçün yeni dərmanların inkişafına kömək edə bilər.

 

Məqaləyə qısa müddətdə dünya alimləri tərəfindən 23 istinad edilib.       

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edir
Yüksək hərarət və tənəffüs yolu infeksiyası əlamətləri ilə Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılan körpə sağlamlığına qovuşub
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Xəstəxanadaxili infeksiyaların qarşısının alınması səhiyyə xidmətinin keyfiyyətinin əsas prioritetlərindən biridir
Mərkəzi Gömrük Hospitalının terapevti Mədəniyyət TV-nin “Səhərçağı” proqramına müsahibə verib
Mərkəzi Klinikanın əməkdaşlarına Fəxri fərmanlar təqdim olunub
Ağdərə rayonu Vəngli kəndində yaşayan sakinlərin səyyar tibbi aksiyası həyata keçirilib
Xroniki bel ağrılarında müasir fizioterapiya yanaşmaları
Göygöldə tibbi müayinə aksiyası: Rayon sakinlərinə 2 527 tibbi xidmət göstərilib
Tədris Cərrahiyyə Klinikasında mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib