Doğum günün mübarək, Vətən! - Rəşad Mahmudovun məqaləsi
10.05.2024 09:47
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, tibb elmləri doktoru Rəşad Mahmudov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə sosial şəbəkədə məlumat paylaşıb.
Aztibb.az həmin paylaşımı oxuculara təqdim edir:
"Əziz dostlar, dəyərli həmvətənlər!
Azərbaycan tarixinin tək yaxın yüzilliklər üçün deyil, bütövlükdə xalqın yaddaşı üçün əbədi lider mövqeyi qazanmış Heydər Əliyev həm də, dünya şəxsiyyətləri sırasında əvəzolunmaz, heç kimlə müqayisə olunmayacaq bir zirvədədir. Ümummilli liderin xalqımız qarşısında qurtuluş missiyası dünya tarixində heç bir liderin xidmətləri ilə bərabər tutula bilməz.
Ulu öndərin şəxsiyyətinin fenomenal xüsusiyyətləri tək siyasi çalarlarla yekunlaşmayıb, həm də qətiyyət, cəsarət, müdriklik və vətənpərvərlik kimi ali dəyərlərlə tamamlanır. Bütün həyatı boyu Ümummilli liderin müxtəlif- həm siyasi, həm diplomatik, həm də şəxsi həyatla bağlı situasiyalarda verdiyi qərarlarla atdığı addımlar fövqəlinsan obrazı yaradır.
Bu baxımdan bugünkü qüdrətli, yenilməz Azərbaycan dövləti və onun qalib Komandanı Ulu öndərin bundan sonra da yuz illər boyunca hər kəsin heyranlıqla öyrənəcəyi həyat və fəaliyyətinin məntiqi nəticəsidir.
Arxada qalmış keçmiş illəri xatırladıqca aydın şəkildə görünür ki, müstəqil Azərbaycanın varlığına görə hər birimiz böyük öndər Heydər Əliyevə borcluyuq.
Hələ keçmiş SSRİ dönəmində Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizin milliliyini, kimliyini, ana dilimizi qoruyan Heydər Əliyev xalqımızın milli şüurunun oyanışında, formalaşmasında müstəsna xidmətlər göstərdi. İlk növbədə gənclərin yüksək təhsil almasını təmin edən Heydər Əliyev digər fövqəladə xidmətlər göstərərək intibahın fundamental əsaslarını yaratdı.
1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi liseyin yaradılması, ziyalılarımızın repressiyadan qorunması ulu öndərin Vətən qarşısında əvəzsiz xidmətlərindən biridir. Ölkəmizin müstəqillik dövrlərində həmin hərbi liseyin məzunlarının Qarabağ savaşında peşəkarlıq və qəhrəmanlıq mübarizəsi gözümüzün önündədir.
Məhz ulu öndərin birbaşa rəhbərliyi ilə müstəqil Azərbaycanda adıçəkilən liseyin məzunlarından ibarət peşəkar ordu quruldu. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünu tam bərpa edən qəhrəman ordumuzu məhz böyük strateq Heydər Əliyev yaratmışdı.
Müstəqillikdən söz düşmüşkən qeyd etmək yerinə düşər ki, əgər xalqımızın sevimli rəhbəri Heydər Əliyev olmasaydı, bu gün Azərbaycan yox idi. Köləlik, miskin həyat bizi qarşıda gözləyəcəkdi. Heydər Əliyev xalqın tələbi ilə siyasi səhnəyə o zaman gəldi ki, azadlığa yenicə qovuşmuş ölkəmiz milli fəlakətin bir addımlığında idi. Millət müstəqilliyini itirməyin təhlükəsini yaşayırdı.
Bununla yanaşı ölkəni bürüyən vətəndaş müharibəsi, separatizm alovu, xaos və özbaşınalıq, qanunların işləməməsi, kəskin sosial durum arzuolunmaz vəziyyət yaratmışdı.
Belə taleyüklü məqamda bütün şüurlu həyatını xalqına həsr etmiş Heydər Əliyev çarəsizlikdən göz yaşı axıdan Vətənin taleyinə biganə qala bilməzdi. Beləliklə, xalqının arzusu və tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanı qorudu! Xalqın milli birliyinə nail olan ulu öndər ilkin olaraq ölkədə sabitliyi bərpa etdi. Pozucu daxili və xarici qüvvələri zərərsizləşdirən dahi Heydər Əliyev ölkəmizi inkişaf, tərəqqi ünvanına çevirdi, Azərbaycan iri investorların maraq dairəsinə düşdü.
Reallaşması mümkünsüz görünən “Əsrin müqaviləsi”nə məhz Ulu Öndərin fövqəl xidmətləri sayəsində imza atıldı. Bu sazişin ölkəmiz üçün nə qədər həyati əhəmiyyət kəsb etdiyini hər birimiz, hər gün görür və həyatımızda hiss edirik.
Bu gün Azərbaycan xalqı öz qədim və şanlı tarixinin ən şərəfli günlərini yaşayır. İndi hər birimiz torpağını azad edərək milli ləyaqət və şərəfini uca tutmağı bacaran bir xalqın övladı olmağımızla sonsuz qürur duyuruq! Bu gün Azərbaycan ən uca zirvələrdən yüksələn nurdur! Bu solmaz duyğunun əbədi mənbəyi Heydər Əliyev şəxsiyyəti və bu məmləkətin əbədi xoşbəxtliyinə xidmət edən yenilməz ideallarıdır!
Ümummilli lider hələ sağlığında “mən daim Azərbaycanla birgə olacağam” demişdi. Bu gün fəth olunan ən qalibiyyətli zirvələrdə və gələcəyə hədəflənən uğurlarda xalqımız gerçəkdən əziz, sevimli və dəyərli oğlu Heydər Əliyevi öz yanında bilir və onunla yüksəlir, inkişaf edir və yeni, möhtəşəm zirvələrə ucalır!
Bu mənada Heydər Əliyev qədirbilən xalqımız üçün həm də Vətən, Azərbaycan deməkdir. Çünki hamının etiraf etdiyi kimi, xalqımızın Heydər Əliyev kimi bəxtinə və taleyinə xilaskar missiyası yazılmış övladı olmasaydı, bü gün hər birimizin doğma evi olan, müstəqilliyinin, azadlığının, istiqlal və istiqbalının sevincini, qürurunu yaşadığımız Azərbaycanımız yox idi. Ona görə təqvimin 10 May günü təkcə ən böyük azərbaycanlı Heydər Əliyevin yox, həm də müstəqil Azərbaycanın doğum günüdür. Doğum günün mübarək, Vətən!"
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanın dərman bitkiləri dünya elminin diqqət mərkəzində
23.07.2026 | 15:30
Mərkəzi Gömrük Hospitalının reanimatoloqunun elmi məqaləsi beynəlxalq nüfuzlu jurnalda dərc olunub
18.07.2026 | 15:42
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses
14.07.2026 | 10:05
Azərbaycanın təbii bioresurslarından innovativ sağlamlıq məhsullarına: Rəqəmsal texnologiyalar və süni intellektin yaratdığı yeni imkanlar
08.07.2026 | 12:52
ATU əməkdaşının kliniki məqalələri “PubMed”, “Web of Science” və “SCOPUS” bazalarında indekslənən jurnallarda çap olunub
05.07.2026 | 12:34
Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkimlərinin klinik hadisəsi beynəlxalq elmi jurnalda dərc olunub
01.07.2026 | 15:11
Tədris Cərrahiyyə Klinikasında yeni oftalmoloji dərs vəsaitinin təqdimatı keçirilib
30.06.2026 | 14:52
Akademik Cəlal Əliyevin fundamental elmə və qlobal ərzaq təhlükəsizliyinə töhfələri
30.06.2026 | 13:09
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
29.06.2026 | 12:19
ATU professorunun məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc olunub
26.06.2026 | 10:29
ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
15.07.2026 | 12:38
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində
15.07.2026 | 17:02
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
18.07.2026 | 11:30
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
20.07.2026 | 11:15
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
16.07.2026 | 14:16
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edir
20.07.2026 | 08:07
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
16.07.2026 | 16:06
Yüksək hərarət və tənəffüs yolu infeksiyası əlamətləri ilə Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılan körpə sağlamlığına qovuşub
15.07.2026 | 14:52
Xəstəxanadaxili infeksiyaların qarşısının alınması səhiyyə xidmətinin keyfiyyətinin əsas prioritetlərindən biridir
19.07.2026 | 14:21
Mərkəzi Gömrük Hospitalının terapevti Mədəniyyət TV-nin “Səhərçağı” proqramına müsahibə verib
21.07.2026 | 11:21
Mərkəzi Klinikanın əməkdaşlarına Fəxri fərmanlar təqdim olunub
22.07.2026 | 13:17
Ağdərə rayonu Vəngli kəndində yaşayan sakinlərin səyyar tibbi aksiyası həyata keçirilib
21.07.2026 | 08:49
Göygöldə tibbi müayinə aksiyası: Rayon sakinlərinə 2 527 tibbi xidmət göstərilib
15.07.2026 | 13:18
Xroniki bel ağrılarında müasir fizioterapiya yanaşmaları
18.07.2026 | 16:47
Tədris Cərrahiyyə Klinikasında mürəkkəb açıq ürək əməliyyatı uğurla həyata keçirilib
16.07.2026 | 12:01

