Tələbələr üçün yeni dərslik: "Ağciyər xəstəlikləri”
08.04.2024 12:55

Azərbaycan Tibb Universitetinin (ATU) Ağciyər xəstəlikləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dos. Rafiq Bayramovun müəllifliyi ilə Tibb Universitetinin tələbələri üçün “Ağciyər xəstəlikləri” dərsliyi nəşr olunub.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, ali tibb təhsili proqramına müvafiq hazırlanmış, bronx-ağciyər patologiyalarını tam əhatə edən və doğma ana dilimizdə ilk olan bu dərslikdə tənəffüs orqanlarının anatomik-fizioloji xüsusiyyətləri, bronx-ağci­yər patologiyası olan xəstələrin müayinə üsulları, tənəffüs orqanlarının infek­sion-iltihabi və xronik xəstəlikləri, tənəffüs or­qan­larının irsi və parazitar patologiyaları, ağciyərlərin peşə-toz xəstəlikləri, ağciyərlərin interstisial xəstəlikləri, plevra pa­to­logiyaları, ağciyər damar (qan dövranı) patologiyaları, pulmonologiyada təcili yardım halları və yuxuda tənəffüs pozulmaları haqqında müasir məlumatlar əksini tapıb. Dərslikdə ağciyər xəstəliklərinə aid dünyada əldə olunmuş son elmi nailiyyətlər yer alıb.

 

Tibb ixtisası üzrə təhsil alan ali təhsil müəssisələrinin tələbələri üçün hazırlanmış dərslikdən tələbələrlə yanaşı, müvafiq sahə üzrə ixtisaslaşan həkim-rezidentlər, gənc həkimlər və tibbin müxtəlif sahələrində çalışan, gündəlik praktikalarında bronx-ağciyər patologiyaları ilə rastlaşan həkimlər də istifadə edə bilər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər