İndoneziya koronavirusa qarşı peyvənd hazırlayacaq
23.07.2020 10:48

İndoneziya Prezidenti Coko Vidodo yerli mütəxəssislərə koronavirusa qarşı peyvəndin üç ay ərzində hazırlanması barədə göstəriş verib.

 

Aztibb.az xəbər verir ki, bu barədə “The Jakarta Post” qəzeti məlumat yayıb. 

 

Peyvəndin hazırlanması ilə məşğul olan Pacajar Universitetinin Tibb fakültəsinin professoru Kusnandi Rausmil qəzetə bildirib ki, biz Coko Vidododan peyvəndin üç ay ərzində hazırlanması barədə tapşırıq almışıq:

 

"Bu sahədə aparılan tədqiqatlar kliniki sınaqların yalnız gələn ilin yanvarında başa çatacağını deməyə imkan yaradır. Hazırda İndoneziyada bu istiqamətdə yerli “Bio Farma” şirkəti ilə Çinin “Sinovac Biotech” farmasevtik şirkətinin birgə layihəsi uğurlu hesab edilir. Avqustdan etibarən həmin dərmanın insanlar üzərində sınaqlarına başlanacaq".


“Bio Farma” şirkətinin rəhbəri Onesti Biyar isə bildirib ki, şirkət ilkin mərhələdə ildə 40 milyon peyvənd hazırlamağı planlaşdırır. Sonradan onun istehsalı 250 milyona çatdırılacaq.

 

Qeyd edək ki, hazırda İndoneziyada koronavirusa yoluxanların ümumi sayı 91 min nəfəri ötüb və onlardan təqribən 4400-ü həyatını itirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır