Azyaşlı uşaqlar, hamilə və zahı qadınlar üçün ev ziyarəti xidmətinə nəzarətin gücləndirilməsi önəmlidir
13.01.2024 13:29

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun “Azyaşlı uşaqlar, hamilə və zahı qadınlar üçün ev ziyarəti xidmətinə nəzarətin gücləndirilməsi haqqında” Əmrinin icrasının təmin edilməsi məqsədilə Quba Rayon Mərkəzi Xəstəxanasında tədbir keçirilib.

 

Quba Rayon Mərkəzi Xəstəxanasından Aztibb.az-a verilən xəbərə görə, tədbirdə tibb müəssisəsinin direktoru Əliyar Sərvərov, TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov, Davamlı tibbi təhsil, İlkin səhiyyə xidmətləri şöbələrinin məsul əməkdaşları, eləcə də hamilə və zahı qadınlara patronaj xidmətinin təşkilindən məsul müəssisə rəhbərləri iştirak ediblər.

 

Tədbirdə Nəhmət Rəhmanov səhiyyə sistemində ilkin səhiyyə xidmətinin yeri, gücləndirilməsi, perspektivləri, infeksion və qeyri-infeksion xəstəliklərin qarşısının alınmasında ilkin səhiyyənin rolu barədə məlumat verib.

 

Daha sonra ilkin səhiyyə xidmətinin təşkili şöbəsinin məsləhətçisi Ləman Məmmədzadə patronaj xidmətininin texniki dəstək hissəsindən, davamlı tibbi təhsil şöbəsinin məsləhətçisi Şəbnəm Qurbanova isə təlimlər barədə çıxış ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər