Göyöskürəyin inkubasiya müddəti 2-14 gündür
03.01.2024 16:09

Göyöskürək sürətlə inkişaf edən yoluxucu respirator infeksiyon xəstəlikdir. Hər yaşda baş verə bilər, lakin 1 yaşından kiçik körpələrdə göyöskürək (boğmaca) ciddi ağırlaşmalara səbəb ola bilir. Göyöskürəyin törədicisi Bordetella pertussis bakteriyasıdır. Xəstə şəxslə birbaşa təmas zamanı hava-damcı yolu ilə yayılır.

Aztibb.az-ın məlumatına görə, höyöskürək bəzi ağırlaşmalara səbəb ola bilər:

Pnevmoniya;
Tənəffüs çatışmazlığı;
Qabırğa sınıqları;
Düz bağırsağın prolapsı;
İştahsızlıq;
Çəki itkisi;
Böyrək problemləri;
Beyin zədələnmələri və ölüm;
Dehidrasiya;
Kəskin ensefalopatiya;
Qıcolmalar.

Göyöskürəyin inkubasiya müddəti 2-14 gündür. Xəstəlik 3 mərhələdə inkişaf edir və ümumiyyətlə 6-8 həftə davam edir.


1. İlkin kataral faza soyuqdəymə simptomları, yüngül öskürək ilə xarakterizə olunur. Xəstəlik bu zaman xüsusilə yoluxucudur.

2. Paroksizmal faza paroksizmal öskürək, öskürəkdən sonra qusma ilə xarakterizə olunur.

3. Rekonvalensiya fazası 10 həftəyə qədər davam edə bilər və bu dövr çox vaxt “100 günlük öskürək” adlandırılır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Diaqnoz Tibb Mərkəzinin həkimi Türkiyədə beynəlxalq konqresdə iştirak edib
Şahbuz rayonunun Keçili kəndində tibbi müayinə aksiyası
 Ağdaş rayonunda Aşağı Nemətabad Ailə Sağlamlıq Mərkəzinin açılışı olub   
Laçın RMX-nın Qarıqışlaq kənd həkim məntəqəsinin tibb bacısı vəfat edib
Bakıda Türk Dünyası Kardio-Onkologiya Konqresi keçirilir
 “Təcili allerqologiya və kəskin toksiko-allergik vəziyyətlər: diaqnostika və müalicəyə müasir yanaşmalar” adlı simpozium keçirilib   
“Nevrologiyada tibbi genetika” adlı dərsliyin təqdimatı olub 
 ATU-nun Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu ürək əməliyyatı   
Səhiyyə Nazirliyinin Antidopinq İntizam Komitəsinin iclası keçirilib
Xaçmazda tanınmış həkim vəfat edib
“Perry Baromedical” hiperbarik oksigen terapiyası sistemləri Yeni Klinikanın Yeni Robotik Reabilitasiya Mərkəzində tətbiq olunur
Bədən qoxusuna təsir edən qidalar
Məktəblərdə
Siyəzən RMX-da könüllü qanvermə aksiyası