Texnoloji boyun sindromu yeni nəslin təhlükəli xəstəliyidir
20.05.2026 09:29

Modern dünyanın əvəzolunmaz hissəsinə çevrilən smartfon istifadəsindəki artım bəzi riskləri də bərabərində gətirdi. Tibb ədəbiyyatında “text neck sydrom” olaraq bilinən texnoloji boyun sindromu, yeni nəslin sağlamlıq problemlərindən birinə çevrilmişdir.


Günümüz dünyasında bir çox insan günün böyük bir hissəsini telefon qarşısında, başı aşağı əyilmiş vəziyyətdə saatlarla vaxt keçirərək xərcləyir.


İnsanlarda bir çox xəstəliyi tətikləyən bu vəziyyət, mütəxəssislərin fikrincə, təkcə qamət (duruş) pozulmasına səbəb olmur, onurğaya əlavə yük mindirərək xroniki boyun ağrısı, boyun düzləşməsi, yırtıq (fıtıq) kimi riskləri də bərabərində gətirir.


Tibb dünyasında texnoloji boyun sindromu olaraq adlandırılan yeni nəsil sağlamlıq problemi, xüsusilə gənclər arasında sürətlə yayılır.


Yaxşı, bəs bu yeni nəsil xəstəlik nədir, simptomları nələrdir və ondan necə qorunmaq olar?


Texnoloji boyun sindromu


Tibbi ədəbiyyatda “text neck sindromu” olaraq da bilinən və ilk dəfə 2010-cu illərdə təyin olunan texnoloji boyun sindromu, müasir həyatın postural (qamət/duruş) pozuntularından biridir. Texnoloji boyun sindromu, uzun müddət baş və boyunun önə əyilmiş vəziyyətdə qalması nəticəsində ortaya çıxır.

Xüsusilə smartfon və ya planşet istifadə edərkən uzun müddət başın önə əyilmiş vəziyyətdə qalması boyun fəqərələrinə və ətrafdakı əzələlərə həddindən artıq yük salır.

Boyun 20-25 kiloqram yük daşımalı olur


Təbii olaraq 4-5 kiloqram olan başı daşımaq üçün dizayn edilən boyun, insan başının önə doğru əyilməsi nəticəsində təxminən 20-25 kiloqram ağırlığı daşımalı olur. Bu da zamanla boyun, çiyin və kürək ağrılarına, baş ağrısına və hətta sinir sıxılmalarına yol aça bilər.

Simptomları nələrdir?


Struktur pozuntularına da zəmin hazırlayan texnoloji boyun sindromunun bir sıra simptomları var. Mütəxəssislərin fikrincə, bu sindrom özünü aşağıdakı əlamətlərlə büruzə verir:

Boyun, çiyin, kürək və baş ağrısı,

Boyun arxası (ənsə) sərtliyi,

Boyun hərəkətlərində məhdudiyyət,

Qolda uyuşma və ya qarışqa gəzməsi hissi (karıncalanma),

Qamətin (posturun) pozulması,

Uzun müddət eyni vəziyyətdə qala bilməmək,

Göz yorğunluğu və diqqəti cəmləməkdə (odaklanmada) çətinlik.

Bu simptomlar başlanğıcda yüngül və keçici olsa da, zamanla xroniki xarakter ala və həyat keyfiyyətini ciddi şəkildə aşağı sala bilər.

Necə qoruna bilərik?


Texnoloji boyun sindromu, adətən, fərqində olmadan inkişaf edən və uzunmüddətli perspektivdə qalıcı fəsadlara səbəb ola bilən postural (duruş) pozuntusu ilə başlayır. Bu səbəbdən gündəlik həyatda tətbiq olunacaq bəzi addımlarla ondan qorunmaq mümkündür:

Telefonu göz bəbəyi (baxış) səviyyəsində tutaraq istifadə etmək,

Kompüter ekranını göz səviyyəsinə uyğunlaşdırmaq,

Ekran qarşısındaykən hər 30 dəqiqədən bir fasilə vermək,

Dik durmağa diqqət yetirmək,

Müntəzəm olaraq boyun və kürək məşqləri etmək,

Ortopedik yastıqdan istifadə etmək,

Erqonomik masa və stul seçmək.

Bu addımlar həm mövcud şikayətlərin azaldılmasına, həm də gələcəkdə yarana biləcək dayaq-hərəkət sistemi problemlərinin qarşısının alınmasına kömək edir.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub