Kökəlməmək üçün şirniyyatı hansı saatda yemək lazımdır?  - Alimlər açıqladı
21.05.2026 14:58

Şirniyyat yemək istəyənlər üçün əsas məsələ yalnız kalorinin miqdarı deyil, həm də qəbul vaxtıdır. Alimlər bildirirlər ki, günün müəyyən saatlarında qəbul edilən şirin qidalar orqanizm tərəfindən daha yaxşı mənimsənilir və artıq çəki riskini azalda bilər.

 

Aztibb.az "Tvernews"un məlumatına istinadən yazır ki, Devi Şridharin sözlərinə görə, bir dilim şokoladlı tortu və ya kruassanı yalnız səhər deyil, günorta və ya ikindi vaxtı da yemək olar. Əsas şərt isə şirniyyatın axşam saat 17:00-dan gec qəbul edilməməsidir.

 

Edinburq Universitetinin qlobal ictimai səhiyyə kafedrasının rəhbəri olan professor qeyd edir ki, davamlı kalori saymaq və qidaları “pis” və “yaxşı” kimi ayırmaq həm yorucudur, həm də bəzi hallarda qidalanma pozuntularına səbəb ola bilər.

 

Araşdırmada 19–69 yaş arasında 2 mindən çox insan iştirak edib. İştirakçılar bir neçə qrupa bölünüb və fərqli saatlarda axşam yeməyi yeyiblər. Bir qrup saat 17:00-dan əvvəl, digər qrup 17:00–19:00 aralığında, üçüncü qrup isə saat 19:00-dan sonra qidalanıb.

 

Nəticələr göstərib ki, ən yaxşı göstəricilər erkən şam edən insanlarda müşahidə olunub. Bu qrupda bədən kütlə indeksi, bədəndə yağ faizi, arterial təzyiq və metabolik göstəricilər daha sağlam olub.

 

Professor Devi Şridhar vurğulayıb ki, nəticələr yalnız az yeməklə bağlı deyil. Onun sözlərinə görə, orqanizm günün ilk yarısında şəkəri daha yaxşı emal edir. Xüsusilə saat 12:00–18:00 arasında insulin hormonu daha fəal ifraz olunur və qandakı şəkərin hüceyrələrə daşınmasını sürətləndirir.

 

Mütəxəssis qeyd edir ki, iş və gündəlik həyat səbəbindən hər kəsin erkən şam etməsi mümkün olmaya bilər. Lakin belə hallarda gec saatlarda şirniyyat qəbulundan uzaq durmaq tövsiyə edilir.

 

Professorun fikrincə, şokolad, tort və digər şirin qidaları səhər yeməyində yemək məcburi deyil, amma onları axşamdan əvvəl qəbul etmək orqanizmin həmin qidaları daha yaxşı mənimsəməsinə kömək edir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır