Hansı dərmanları birlikdə qəbul etmək olmaz?
21.05.2026 10:12

Bir neçə dərman preparatının eyni vaxtda qəbulu hansı fəsadlara səbəb ola bilər?

 

Aztibb.az "Arqumenti i faktı" nəçrinə istinadən yazır ki, bunlardan  bir qismi yuxugətirici və təşvişəleyhinə preparatlardır.

 

Opioid tərkibli ağrıkəsicilərin mərkəzi sinir sistemini zəiflədən preparatlarla birlikdə qəbulu tənəffüsün ağır şəkildə zəifləməsinə, hətta ölümə səbəb ola bilər.

 

Aspirin qanın “durulaşmasına” təsir göstərir, antikoaqulyantlar isə qanın laxtalanmasını zəiflədir. Bu preparatların birgə qəbulu daxili və mədə-bağırsaq qanaxmaları da daxil olmaqla qanaxma riskini artırır. Bəzi hallarda aşağı dozalı aspirin antikoaqulyantlarla birlikdə təyin oluna bilər, lakin bunu yalnız qanaxma riskini qiymətləndirən həkim etməlidir.

 

Statinlər xolesterinin səviyyəsini azaltmaq üçün istifadə olunur. Onların bəzi göbələkəleyhinə preparatlar və ya makrolid qrupundan olan antibiotiklərlə birlikdə qəbulu qanda statinlərin konsentrasiyasını artırır. Bu isə əzələ toxumasının zədələnməsinə və böyrək çatışmazlığına səbəb ola bilər.

 

Kombinə olunmuş müalicəyə ehtiyac olduqda, riskli statinlərin daha təhlükəsiz alternativlərlə əvəz edilməsi vacibdir.

 

Qeyri-steroid iltihabəleyhinə preparatlar hipertoniyaya qarşı istifadə olunan dərmanların təsirini azaldır və kəskin böyrək çatışmazlığı yarada bilər. Diuretiklərin (sidikqovucuların) əlavə olunması bu riski daha da artırır. QSİƏP orqanizmdə mayenin ləngiməsinə və damar tonusunun artmasına səbəb olaraq təzyiq dərmanlarının təsirini zəiflədir.

 

Litium bipolyar pozuntuda əhval-ruhiyyəni sabitləşdirmək üçün istifadə edilir. Tiazid diuretikləri və bir çox QSİƏP litiumun böyrəklər vasitəsilə xaric olunmasını azaldır. Bu isə preparatın orqanizmdə toksik səviyyədə toplanmasına, hətta ölümə gətirib çıxara bilər.

 

Bu preparatların birlikdə istifadəsi zəruri olduqda qanda litium səviyyəsinə mütləq nəzarət edilməli və doza həkim tərəfindən tənzimlənməlidir.

 

Hər iki preparat ürək döyüntülərinin sayını azaldır. Onların birgə istifadəsi ciddi bradikardiyaya (nəbzin həddindən artıq yavaşımasına), ürək blokadalarına və hətta ürəyin dayanmasına səbəb ola bilər.

 

Bu dərmanlar çox vaxt hipertoniya və ürəyin işemik xəstəliyi zamanı təyin olunduğundan, qəbul etdiyiniz bütün preparatlar barədə mütləq həkimə məlumat verin.

 

Riskləri necə azaltmaq olar?

 

Qəbul etdiyiniz bütün dərmanların reseptsiz preparatlar və bioloji fəal əlavələr daxil olmaqla siyahısını hazırlayın və hər həkim qəbulunda təqdim edin.


Yeni dərman qəbul etməzdən əvvəl mütləq həkim və ya əczaçı ilə məsləhətləşin, xüsusilə də daimi istifadə etdiyiniz preparatlar varsa.


Alkoqoldan ehtiyatla istifadə edin onun bir çox dərmanlarla (antibiotiklər, antidepressantlar, şəkərsalıcı preparatlar və s.) birlikdə qəbulu qəti yolverilməzdir.


Dərman dozasını özbaşına dəyişməyin müalicə dəyişdirildikdən sonra qeyri-adi əlamətlər yaranarsa, dərhal həkimə məlumat verin.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır