Bakıda Türk Dünyası Kardio-Onkologiya Konqresi keçirilir
21.05.2026 11:47
20–22 may 2026-cı il tarixlərində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Bakıda Türk Dünyası Kardio-Onkologiya Konqresi və Birinci Beynəlxalq Süni İntellekt və Robotik Kardiologiya üzrə Sammit keçirilir.
 
Bu barədə Aztibb.az-a Elmi-Tədqiqat Kardiologiya İnstitutundan xəbər verilib.
 
Qeyd olunub ki, tədbir çərçivəsində kardio-onkologiya, süni intellekt, robotik texnologiyalar və rəqəmsal tibb sahəsində müasir yanaşmaların müzakirəsi aparılıb, elmi sessiyalar və praktik kurslar təşkil olunub.
 
20 may tarixində Milli Onkologiya Mərkəzində “Süni intellekt dəstəyi ilə EKQ şərhi: Pmcardio-edu əsasında praktik yanaşma” mövzusunda kurs təşkil olunub. Kurs zamanı süni intellekt texnologiyalarının EKQ analizində tətbiqi, işemik dəyişikliklərin aşkarlanması, klinik halların AI dəstəyi ilə təhlili və rəqəmsal tibbin praktik imkanları nümayiş etdirilib.
 
Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və Səhiyyə Nazirliyi tərəfindən 4 DTT balı ilə qiymətləndirilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır