Günümüzün epidemiyası: Piylənmə yalnız estetik problem deyil, xərçəng və diabetin səbəbidir
15.05.2026 13:30

Piylənmə artıq estetik problem kimi deyil, dövrün ən qorxulu epidemiyası kimi qəbul edilir. Prof. Dr. Sebahattin Çelik piylənmənin xərçəngdən diabetə qədər bir çox xəstəliyin əsas səbəbi olduğunu vurğulayıb.

 

Aztibb.az "CNN Türk"ə istinadən yazır ki, Avropa Piylənmə Günü çərçivəsində danışan Van Təhsil və Araşdırma Xəstəxanasının Ümumi Cərrahiyyə mütəxəssisi Prof. Dr. Sebahattin Çelik, piylənmənin artıq kosmetik problem kimi qiymətləndirilməməli olduğunu bildirib. O, bu xəstəliyin təkcə bioloji deyil, həm də psixoloji və sosioloji aspektləri ilə yanaşılmalı olduğunu qeyd edib. Van Piylənmə Mərkəzinin 7 ildir apardığı fəaliyyət nəticəsində yüzlərlə xəstənin sağlamlığına qovuşduğunu da əlavə edib.

 

Avropa Piylənmə Günü münasibətilə dünyada  artan artıq çəki problemləri müasir cəmiyyətlərin ən böyük sağlamlıq təhlükələrindən biri kimi qiymətləndirilir. Yalnız fiziki deyil, həm də psixososial təsirləri ilə insanların həyat keyfiyyətini aşağı salan piylənmə qlobal miqyasda pandemiya xarakteri alıb və mütəxəssislər bunun xroniki xəstəlik kimi qəbul edilməsinin vacibliyini bildirirlər.

 

Prof. Sebahattin Çelik bildirib ki, piylənmə bu gün ciddi bir epidemiyaya çevrilib: “Piylənmə artıq estetik və ya kosmetik problem kimi qəbul edilməməlidir. Hələ də yalnız estetik məqsədlə müalicəyə müraciət edən insanlar var, lakin bu, doğru deyil. Çünki piylənmə xərçəngdən şəkər xəstəliyinə, təzyiqə qədər bir çox xəstəliyin əsas səbəblərindən biridir. Bundan əlavə, piylənmə yalnız bioloji səbəblərlə izah edilə bilən bir vəziyyət deyil; psixoloji və sosial tərəfləri olan, ‘multifaktorial’ xəstəlikdir. Buna görə də bu, tək bir dərman və ya əməliyyatla həll olunacaq problem deyil; psixoloji dəstək və sosial yanaşma da tələb edir. Piylənmə ilə mübarizə çoxşaxəli bir prosesdir.”

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır