Beyin stimulyasiyasından istifadə edərək uşaqlarda piylənmənin müalicəsi üsulu öyrənilib
10.11.2023 08:54

Saratov Dövlət Tibb Universitetinin (SSMU) alimləri beyin stimullaşdırılmasına əsaslanan innovativ texnikadan istifadə edərək uşaqlarda piylənmə ilə mübarizənin yeni üsulunu təqdim ediblər.


Aztibb.az “RİA Novosti”yə istinadən yazır ki, “transkranial maqnit terapiyası” kimi tanınan bu üsul beyinin fəaliyyətinə elektromaqnit təsirini nəzərdə tutur.


Tədqiqatlar göstərib ki, bu yanaşma piylənmə baş verən insanlarda testosteron hormonunun səviyyəsini artırır.


Testosteron β-endorfinlə birlikdə iştahın tənzimlənməsində və bədən çəkisinin azalmasında əsas rol oynayır. Hazırda bütün dünyada piylənmə problemi geniş yayılıb və uşaqlar da istisna deyil. Artıq çəki artımı “fəst fud” və yüksək emal olunmuş məhsulların həddindən artıq istehlakı ilə bağlıdır.


Qeyd etmək lazımdır ki, uşaqlıqda formalaşan pis yemək vərdişləri yetkinliyə qədər davam edə bilər. Erkən yaşlarda piylənmə şəkərli diabetdən xərçəngə qədər müxtəlif xəstəliklərə və əlilliyə səbəb ola bilər. Buna görə də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) piylənməni rəsmən xəstəlik kimi tanıyır.


Müalicə prosedurları hərəkət edən maqnit sahəsi yaradan xüsusi qurğular vasitəsilə həyata keçirilir. Bu texnologiya həm də yerli cihaz istehsalçısı ilə birgə hazırlanıb. Uşaqlarda piylənmənin müalicəsində belə yeni perspektivlərlə alimlər və tibb mütəxəssisləri gənc nəsil arasında bu ciddi xəstəliyin yayılmasının azalacağını gözləyirlər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev