COVID-19 peyvəndinin yaradıcıları Nobel mükafatını necə alıblar?
03.10.2023 13:20

Koronavirus infeksiyasına qarşı peyvəndlərin yaradıcıları amerikalı Dryu Veysman və macar biokimyaçı Katalin Kariko Fiziologiya və Tibb üzrə Nobel Mükafatı laureatları olublar.

Nobel Komitəsi Vaysman və Karikonun tədqiqatlarının COVID-19-a qarşı effektiv mRNT vaksinlərinin hazırlanmasında əsas rol oynadığını bildirib. Beləliklə, onların inkişafı Pfizer və Moderna kimi peyvəndlərin yaradılması üçün əsas təşkil edib.

Aztibb.az Nobel mükafatına qədər alimlərin keçdiyi tarixi yola qısa nəzər salıb.

Katalin Kariko elm fəaliyyətə 1970-ci illərin sonlarından ölkəsi Macarıstanda başlayıb. 1980-ci illərin ortalarında o, ABŞ-a köçür və burada Pensilvaniya Universitetinin doktoru Elliott Barnatan ilə birlikdə in vitro (sınaq borusunda) hədəf hüceyrələrə daxil edilə bilən mRNT yaradır.

Dryu Veysman ilə görüşdükdən sonra K.Kariko müxtəlif xəstəliklərin müalicəsi üçün ikiqat zəncirli RNT-nin istifadəsi ilə bağlı klinik tədqiqatda iştirak edir və 1990-cı ildə mRNT əsaslı gen terapiyasının yaradılmasını təklif edən qrant alır.

Sonradan K.Kariko və D.Veysman sintetik mRNT inyeksiyalarından istifadə edərək laboratoriya siçanlarında və meymunlarda anemiyanın bəzi formalarının müalicəsi üçün təyin edilən hormon olan eritropoetin istehsalını artırırlar.

2021-ci ilin sentyabrında hər iki alim dəyişdirilmiş mRNT istehsalı üçün texnologiyanın işlənib hazırlanmasına görə "Breakthrough Prize" mükafatının qalibləri olurlar. Mükafat 2013-cü ildə Yuri Milner, Mark Zukerberq və Sergey Brin də daxil olmaqla bir qrup sahibkar tərəfindən təsis edilib.

Qeyd edək ki, Fiziologiya və ya tibb üzrə Nobel mükafatı 1901-ci ildən verilir. 2023-cü ilə qədər 12-si qadın olmaqla 225 nəfər mükafata layiq görülüb. Mükafat 40 dəfə bir alimə verilib, 34 dəfə iki laureat arasında, 39 dəfə isə üç alim arasında bölünüb (mövcud qaydalara görə eyni vaxtda üçdən çox alim bir Nobel mükafatı ala bilməz).

1923-cü ildə tibb üzrə ən gənc Nobel mükafatı laureatı, 32 yaşlı kanadalı diabet fəalı Frederik Bantinq olub. Ən yaşlı laureat 1966-cı ildə “onkogen virusların kəşfinə görə” mükafata layiq görülmüş 87 yaşlı Peyton Rouz idi.

2022-ci ildə Fiziologiya və Tibb üzrə Nobel Mükafatı "nəsli kəsilmiş hominidlərin genomları və insan təkamülü" üzərində işinə və paleogenomikanın yaradılmasına görə isveçli bioloq Svante Paboya verilib.

2021-ci ildə amerikalılar D.Julius və P.Ardem “temperatur və toxunma reseptorlarının kəşfinə görə” Fiziologiya və Tibb üzrə Nobel Mükafatını qazanıblar.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub