Qol və ayaq təzyiqindəki fərq çox olarsa, aorta yırtığından ehtiyatlı olun!
02.04.2025 07:06

Hər iki qolda ölçülən təzyiq fərqi damar yırtığı kimi təcili müalicə tələb edən xəstəliklərin əlaməti ola bilər, qol və ayaq təzyiqi arasındakı ciddi fərqlər isə infarkt və insult ilə nəticələnə bilən periferik damar xəstəliklərinin göstəricisi hesab edilir.

 

Aztibb.az "TRT Haber"ə istinadən yazır ki, təcili tibb mütəxəssisi Dr. Ayşegül İşlek Yüksel ayaq təzyiqinin ən az həftədə bir dəfə ölçülməsi lazım olduğunu, qol və ayaq təzyiqi arasında aşağı və ya yüksək fərqlərin müxtəlif damar xəstəliklərinin erkən siqnalları ola biləcəyini vurğulayıb.

 

Ayaq biləyində qan təzyiqini ölçməklə, ürək-damar xəstəlikləri və şəkərli diabet kimi damarların zədələnməsinə səbəb olan xroniki xəstəliklərin erkən əlamətlərini aşkar etmək mümkündür. Həkim həftədə bir dəfə nizamlı olaraq ölçülməsi lazım olan ayaq təzyiqinin eyni istiqamətdə qol təzyiqindən 1 və ya 2 vahid yüksək olmasının gözlənildiyini və bunun çox yüksək olmasının infarktlara səbəb ola biləcək damar tıxanmasının və xüsusilə şəkər xəstəliyində çox rast gəlinən damar kalsifikasiyasına işarə ola biləcəyini qeyd edib.

 

Daha aşağı olarsa, bu, periferik arteriya xəstəliyi adlanan və infarkt və ya insult kimi ciddi problemlərə səbəb ola biləcək bir vəziyyətin əlaməti ola bilər. Həkiml qan təzyiqini yoxlanarkən hər iki qoldan ölçü götürülməsi lazım olduğunu, sağ və sol qol arasında yüksək fərqin aorta yırtığı kimi ölümcül xəstəliklərin göstəricisi ola biləcəyini deyib.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib