Stress idarəetmə texnikaları sakitləşməyə yardımçı olur
01.04.2025 13:20

Stress səbəbiylə ən diqqətli və intizamlı insan belə aqressiv və kobud olur.

Aztibb.az "Pravda" nəşrinə istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, kəskin stressə cavab olaraq simpatik sinir sistemi qana qlükozanın ifrazını stimullaşdırır, tənəffüsü və ürək döyüntüsünü artırır, böyrəküstü vəzilər isə kortizol və adrenalin hormonlarını ifraz edir. Bədən belə mübarizə aparır və 15-50 dəqiqə belə həyəcanlı vəziyyətdə qala bilir.

Stressi necə idarə etmək olar?

Bədəninizi sakitləşdirin. Qollarınızı ətrafınıza sarıb yelləyə bilərsiniz. Özünü qucaqlamaq stres reaksiyasını azaldır.

Əgər artan stress reaksiyasının əlamətlərini hiss edirsinizsə, dayandırın. Oturduğunuz yerdən qalxıb ətrafda gəzə, nəfəsinizə diqqət yetirməyə və onu yavaşlatmağa çalışa bilərsiniz.

Stress haqqında bir kağız parçasına yazın. Vəziyyəti təsvir etmə mexanizmi stressin öhdəsindən gəlməyə kömək edir. Çox vaxt bu şəkildə insan əsas stressor kimi nəyin xidmət etdiyini başa düşə, hadisəni nəzərdən keçirə və bundan sonra nə edəcəyinə qərar verə bilər.

Sevdiyiniz işlə məşğul ola, kafe və ya kinoteatra gedə və ya dostlarınızla vaxt keçirə bilərsiniz. Sizi xoşbəxt edən nə varsa bu stres reaksiyasını azaltmağın effektiv üsuludur.

Ən çətin halda psixoloqa müraciət edin. Mütəxəssis sizə stress narahatlıqlarınıza düzgün bucaqdan baxmağa, səbəbini tapmağa və həlli üçün hədəflərinizi planlaşdırmağa kömək edəcək.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır