"Mikrobioloji korroziya və onunla mübarizə üsulları” adlı monoqrafiya nəşr olunub
08.08.2023 12:23

Elm və Təhsil Nazirliyinin akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) baş direktoru, akademik Vaqif Abbasov və Korroziya inhibitorları və konservasiya materialları laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru Durna Ağamalıyeva tərəfindən yazılmış “Mikrobioloji korroziya və onunla mübarizə üsulları” adlı monoqrafiya nəşr olunub.

 

NKPİ-dən Aztibb.az-a verilən xəbərə görə, “Elm” nəşriyyatında çapdan çıxan kitabda institutun əməkdaşları tərəfindən sintez edilmiş amin tərkibli inhibitor-bakterisidlər haqqında məlumat verilib. Monoqrafiya mikrobioloji korroziya, onun nəzəri əsasları, sulfatreduksiyaedici bakteriyaların mikrobioloji korroziyada rolu, bu istiqamətdə aparılan tədqiqatların araşdırılması, sintetik neft turşuları və poliaminlər əsasında korroziya proseslərinin qarşısını alan inhibitor-bakterisidlərin sintezi, sintez olunmuş imidazolin və amidoaminlər əsasında alınmış kompleks məhlulların bakterisid-inhibitor xassələrinin tədqiqi, CO₂ korroziyasının kinetikasına təsirinin, həmçinin turş mühitdə H2S korroziyasına təsirinin tədqiqini əhatə edir.

 

Yeni nəşr neft kimyası və texnologiyası sahələrində tədqiqat işləri aparan elmi işçilər, həmçinin doktorant və magistrantlar üçün nəzərdə tutulub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev