“Təməl psixososisal dəstək üzrə Təlimçilərin Təlimi” təşkil edilib
02.07.2023 15:06

Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən “Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası” layihəsi çərçivəsində TƏBİB-in 20 əməkdaşı üçün “Təməl psixososisal dəstək üzrə Təlimçilərin Təlimi” təşkil edilib.

 

Aztibb.az ÜST-nin Azərbaycan Nümayənliyinə istinadla bildirir ki, təlimin əsas məqsədi TƏBİB-in ilkin səhiyyə xidmətinin müxtəlif sahələrində çalışan işçilərin psixososial dəstək üzrə bilik və bacarıqlarının artırılması istiqamətində təlimlər keçirilməsi üçün təlimçilər hazırlamaq olub. Bu isə, öz növbəsində psixososial sahədə biliklərini təkmilləşdirən TƏBİB əməkdaşlarının əhali ilə ünsiyyətinin səmərəli olmasına töhfə verəcək.


Təlim zamanı iştirakçılara təməl psixososial dəstək anlayışı, sosial-psixoloji yardımın əsas prinsipləri, effektiv ünsiyyət bacarıqları, ilkin psixoloji yardımın əsas anlayışları və fəaliyyət prinsiplərinin tətbiqi, itki, hüzn, özünə qayğı, stresə dayanıqlılıq və stresin idarə olunması mövzularında nəzəri məlumatlar verilib.

Həmçinin məlumatların mənimsənilməsi və praktiki bacarıqların artırılması məqsədilə simulyasiya məşğələləri, qrup işləri, keys müzakirələri və relaksasiya hərəkətləri təşkil olunub.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev