Yevlaxda şəhid və qazi ailələrinin üzvləri üçün tibbi sosial aksiya keçirilib
13.06.2023 16:05

İyunun 13-də Azərbaycan Repsublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının təşkilatçılığı, TƏBİB-in və Yevlax şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Yevlax şəhər Mərkəzi Xəstəxanasının tabeliyində olan Ailə Sağlamlıq Mərkəzində qazi və şəhid ailələrinin üzvləri üçün sosial tibbi aksiya keçirilib.

 

Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a verilən xəbərə görə, tədbirin rəsmi açılış hissəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Milli Məclisin deputatı İlham Məmmədov, Yevlax şəhəri İcra Hakimiyyətinin başçısının müavini Elnarə Əzizova və Yevlax şəhər Mərkəzi Xəstəxanasının direktoru Fazil İsmayılov və digər rəsmi nümayəndələr iştirak ediblər.

 

Əvvəlcə dosent İsmayıl Əfəndiyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədovun adından tədbir iştirakçılarını salamlayıb. O, tibbi sosial aksiyanın məqsədinin qazi və şəhid ailələrinin üzvlərinə tibbi xidmət göstərilməsi olduğunu bildirib. Qeyd edib ki, aksiyada Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı mütəxəssisləri iştirak edirlər, ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş mobil hospital və geniş çeşiddə dərmanlar şəhid və qazi ailələrinin üzvlərinin müayinəsində istifadə ediləcək. Bu məqsədlə Mərkəzi Gömrük Hospitalının USM, EKQ, EXO müayinələri, o cümlədən kardioloq, oftalmoloq, lor, travmatoloq cərrah, terapevt, uroloq,  pediatr, nevroloq, mama ginekoloq, endokrinoloq, dermatoveneroloqdan ibarət 25 nəfər tibb heyəti Yevlax şəhərinə ezam olunub.

 

Milli Məclisin deputatı İlham Məmmədov bu aksiyanın Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər sırasından olduğunu bildirib. İlham Məmmədov sosial tibbi aksiyanın keçirilməsinə göstərdikləri dəstəyə görə başda gömrük xidməti general-leytenantı Şahin Bağırov olmaqla, tibb xidməti general-mayoru Ceyhun Məmmədova, dosent İsmayıl Əfəndiyevə və Mərkəzi Gömrük Hospitalının tibb heyətinə minnətdarlığını bildirib.

 

Qeyd edək ki, Yevlax şəhərində keçirilən tibbi sosial aksiya 14 iyun 2023-cü il tarixində davam edəcək.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
“Həkimlərimizi tanıyaq!
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər