ÜST kütləvi yoluxma yolu ilə koronavirusa qarşı kollektiv immunitet strategiyasını tənqid edib
13.10.2020 15:19

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində kütləvi yoluxma yolu ilə kollektiv immunitet strategiyasının yolverilməz olduğu barədə xəbərdarlıq edib.

 

Təşkilatın rəhbəri Tedros Qebreyesus Cenevrədə pandemiyanın lap əvvəlindən tez-tez gündəmə gələn bu mövzu barədə tənqidi fikirlər səsləndirib. O bildirib ki, dünya səhiyyəsi tarixində heç zaman kollektiv immunitet hansısa epidemiyanın qarşısının alınması üçün istifadə edilməyib və belə bir strategiyadan pandemiyaya qarşı istifadədən danışmağa belə dəyməz. Belə bir addım həm etik, həm də elmi nöqteyi-nəzərdən problemlidir. Kollektiv immunitetə qızılca və ya poliomelit viruslarında olduğu kimi kütləvi yoluxma yolu ilə deyil, peyvəndləmə yolu ilə nail oluna bilər. Eyni zamanda, elmə hələ tam olaraq məlum deyil ki, koronavirusa bir dəfə yoluxmaq insanı ikinci yoluxmadan nə dərəcədə qoruya bilər.

 

Dünyada koronavirusa yoluxma hallarının artmasına toxunan T.Qebreyesus diqqətə çatdırıb ki, infeksiyaya yeni yoluxmaların əsas hissəsi az sayda ölkələrin payına düşür. Bunlardan tam yarısı isə cəmi üç ölkədə qeydə alınıb. Bu da onu göstərir ki, virusa qarşı mübarizə tədbirlərinin təsir gücü yoluxmanın qarşısını almaq üçün əsas vasitədir. Pandemiyanın qeyri-bərabər şəkildə yayılması isə ona qarşı cavab tədbirlərini çətinləşdirir.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU alimlərinin beynəlxalq tədqiqatları dayanıqlı inkişafın qlobal məqsədlərinə töhfə verir
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır