Hazırlanmaqda olan koronavirus vaksininin əsas üstünlüyü - Açıqlama
07.07.2020 18:39

Böyük Britaniyada koronavirusa qarşı hazırlanmaqda olan vaksin gələcək pandemiyalarla da səmərəli mübarizə apara biləcək.

theguardian.com saytının məlumatına görə, yeni texnologiya bir neçə həftə ərzində milyonlarla doza vaksin hazırlamağa imkan verəcək. Digər nümunələrdən fərqli olaraq bu vaksin sintetik yolla hazırlanır.

London İmperial Kollecinin professoru Robin Şattok bildirib ki, yeni vaksinin hazırlanması texnologiyası universaldır. Başqa sözlə, bu vaksini gələcəkdə digər epidemiyalara uyğunlaşdırmaq və onlarla mübarizədə istifadə etmək olar.

Professor R.Şattok qeyd edib ki, əzələdaxili inyeksiyadan sonra bu preparat RNT-ni gücləndirir və orqanizmin infeksiyaya reaksiyasını stimullaşdırır.

Vaksinin test nümunələrinin avqustun ortalarınadək hazır olacağı gözlənilir.

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Qubadlının Qəzyan kəndində 55-dən çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Göygölün Zurnabad kəndində tibbi aksiya: 223 pasiyent ödənişsiz müayinə və konsultasiya olunub
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub