Qusar Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib
21.05.2023 19:29

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Qusar Rayon Mərkəzi Xəstəxanasında "Qan ver, Həyat xilas et" devizi altında könüllü qanvermə aksiyası keçirilib.

 

Bu barədə Aztibb.az-a Xəstəxanadan məlumat verilib.

 

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Qusar Rayon İcra Hakimiyyətinin və Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə baş tutub.

 

Aksiyanın keçirilməsində əsas məqsəd Azərbaycanın ərazi bütövlüyü uğrunda ön sıralarda vuruşan hərbçilərimizin sağlamlığı, hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən şəxslərin qanla təminatına yardım etməkdir.

 

Humanitar aksiyada Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları Rayon Mərkəzi Xəstəxanasının tibb heyəti ilə birgə donorları müayinə etdikdən sonra onlardan qan götürüblər.

 

Qeyd edək ki, aksiyada Qusar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Həmçinin Qusar Rayon Mərkəzi Xəstəxanasının 100-ə yaxın tibb personalı könüllü surətdə qanvermə aksiyasında iştirak edib.

 

Beləliklə, aksiyaya qatılan donorlar qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün qan tədarükünün artırılmasına dəstək olublar.

 

Qanvermə aksiyasında ümumillikdə 169 nəfər könüllü vətəndaş iştirak edib.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
“Həkimlərimizi tanıyaq!
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər