Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü ilə əlaqədar aksiya keçirilib
17.05.2023 19:08

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu və Nutrisiologiya, Dieytologiya və Piylənmənin Profilaktikası Akademiyasının birgə təşkilatçılığı ilə 17 may - Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü ilə əlaqədar Dənizkənarı Milli Park ərazisində aksiya keçirilib.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, aksiyanın əsas məqsədi insanların öz sağlamlıqlarına diqqətini yönəltmək, xəstəliklə mübarizə aparılması üçün əhalini maarifləndirərək arterial təzyiqi nəzarətdə saxlamağa, sağlam həyat tərzi aparmağa sövq etməkdir.

 

Arterial hipertenziya ilə yanaşı, artıq çəki və piylənmənin profilaktikası, diaqnostika və müalicəsinə dair maarifləndirici işlər aparılıb.

 

Maarifləndirici tədbirdə bildirilib ki, bu xəstəlik bütün dünyada qeyri-infeksion xəstəliklər sırasında liderlik mövqeyini qorumaqdadır.

Aksiya çərçivəsində portativ aparatlar vasitələri ilə vətəndaşların qan təzyiqi, qanda oksigen və şəkər miqdarı ölçülüb. Həmçinin mütəxəssislər tərəfindən infarkt və ürək-damar sistemi xəstəliklərin yaranma səbəbləri barədə məlumat verilib. Maarifləndirici tədbir vətəndaşların böyük marağınap səbəb olub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
“Həkimlərimizi tanıyaq!
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər