Meymunçiçəyi epidemiyası ilə bağlı fövqəladə vəziyyət ləğv edilib - ÜST 
12.05.2023 09:59

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus yoluxma halları yüzdən çox ölkədə təsdiqlən meymunçiçəyi ilə bağlı 10 aylıq qlobal fövqəladə vəziyyətə son qoyulduğunu elan edib.

 

Aztibb.az-ın rg.ru-a  istinadən xəbərinə görə, bu addım xəstəliyinin yaratdığı böhranın nəzarət altında olduğunu göstərir.

 

ÜST-nin rəhbəri qeyd edib ki, son üç ayda xəstəliyə yoluxma halları əvvəlki eyni dövrlə müqayisədə demək olar ki, 90% azdır.

 

Təşkilatın son hesabatına görə, 2022-ci ilin əvvəlindən bu il mayın 8-dək dünyada bu xəstəliyə 87 mindən çox yoluxma faktı təsdiqlənib.

 

ÜST-ün meymunçiçəyi xəstəliyi üzrə fövqəladə komitəsinin sədr müavini Nikola Lou fövqəladə tədbirlərə güvənməkdənsə, xəstəliyin yaratdığı uzunmüddətli ictimai sağlamlıq risklərini idarə etmək üçün bir strategiyaya keçməyə ehtiyac olduğunu söyləyib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev