Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Pediatriya və neonatologiyada yeniliklər üzrə II Beynəlxalq Konqres" keçirildi
08.05.2023 10:12

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq, Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin təşkilatçılığı və Azərbaycan Pediatrlar Assosiasiyasının dəstəyi ilə beynəlxalq elmi-praktik konqres keçirilib.

 

Konqresdə ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov giriş sözü ilə çıxış edib. Bildirib ki, beynəlxalq tədbirdə dövlət rəsmiləri ilə yanaşı, 11 ölkənin nümayəndələri də iştirak edir: “Tibb Universitetinin tarixində ilk dəfə belə beynəlxalq səviyyəli konqresin keçirilməsi onu göstərir ki, universitetimiz dünya universitetləri sırasına inteqrasiya olunur.

 

Ulu Öndər Heydər Əliyev hakimiyyəti dövründə Azərbaycan səhiyyəsinin inkişafına böyük töhfələr verib. Səhiyyəmizin inkişafında 1969-cu ildən etibarən yüksək sıçrayış nəzərə çarpmağa başlayıb. Həmin vaxtadək Sovetlər Birliyinin tanınmış ali təhsil ocaqlarında 50-ə yaxın gəncimiz təhsil alırdısa, Ulu Öndərin ölkəmizə rəhbərliyi zamanı bu say 1500-ü keçmişdi. Onların arasında tibb təhsili alan gənclərimiz də var idi.

 

Tədbirdə ATU-nun Allerqologiya və immunologiya kafedrasının müdiri, Əməkdar elm xadimi, Azərbaycan Pediatrlar Assosiasiyasının fəxri vitse-prezidenti, professor Lalə Allahverdiyeva da konqresin əhəmiyyətindən danışıb. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konqresdə pediatriya və neonatologiyada yeniliklərə geniş şəkildə toxunulacağını qeyd edib. O, Ulu Öndərin Azərbaycanın səhiyyə və elminin inkişafında göstərdiyi misilsiz xidmətlərdən, uşaqlara göstərdiyi qayığlardan söz açıb və “Postkovid sindromlu xəstələrin reabilitasiyasının əsas istiqamətləri” mövzusunda çıxış edib.

 

Konqresdə pediatriya ilə bağlı məruzələr səsləndirilib. O cümlədən Böyük Britaniyadan A.Petropoulos “Pediatrik onkoloji xəstəliklərdən qurtulmuş pasiyentlərdə kardioloji problemlərə yanaşma” mövzusunda çıxış edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev