Birinci Beynəlxalq Azərbaycan Laborator Tibb Konqresi işə başlayıb
03.05.2023 15:38

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Birinci Beynəlxalq Azərbaycan Laborator Tibb Konqresi işə başlayıb.

 

TƏBİB-dən Aztibb.az-a verilən xəbərə görə, tədbirdə Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin sədr müavini Ramin Bayramlı son dövrlər ölkənin səhiyyəsində aparılan islahatların laboratoriya sahəsinə də müsbət təsir etdiyini deyib. Bildirib ki, İctimai Birlik tərəfindən laboratoriya sahəsinin inkişafı və bölgələrdə çalışan tibb işçilərinin elm və bacarıqlarının artırılması məqsədilə çox saylı təlimlər keçirilib. Birinci Beynəlxalq Azərbaycan Laborator Tibb Konqresində laboratoriya elminin bütün sahələrinə toxunulacaq və həmin sahənin inkişafına vacib töhfələr veriləcək. Onun sözlərinə görə, hazırda 600-dən çox iştirakçı qeydiyyatdan keçib. Konqresə Türkiyə, Rusiya və digər dövlətlərdən xarici məruzəçilər dəvət olunublar. 

 

Sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova tibb müəssisələrindəki laboratoriyaların inkişaf etdirildiyini vurğulayıb. Qeyd edib ki, laboratoriya nəticələrinin düzgünlüyü və bu sahədə fəaliyyət göstərən mütəxəssislərin ixtisaslarının artırılması sahənin inkişafı baxımından mütləqdir. 

 
Nigar Bayramova bildirib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfində laborator müayinələrlə bağlı 731 tibbi xidmət icbari tibbi sığorta hesabına göstərilir. Bura kliniki, hematoloji, biokimyəvi, allergik, immunoloji, seroloji və s. müayinələr daxildir. Həmçinin 200 laboratoriya xidmətinin Xidmətlər Zərfinə əlavə olunması da təklif edilib.
 
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov öz çıxışında laborator analizlərə həsr olunan genişmiqyaslı tədbirin keçirilməsindən məmnunluğunu bildirib. O, müxtəlif xəstəliklərin təsdiq olunmasında, klinik diaqnozun qoyulmasında laboratoriyaların əhəmiyyətini qeyd edib: "Dünya miqyasında da xəstəxanalara müraciət edənlərin təxminən 80 faizi laborator analizlər verirlər. Əksər hallarda diaqnozun 60-70 faizi laboratoriyanın nəticəsindən asılı olur. Xəstəliklərin aşkarlanmasından başlayaraq müalicə metodlarının seçilməsinə qədər tibdə qərarların demək olar ki, önəmli hissəsi məhz laboratoriya tədqiqatları əsasında qəbul edilir. Laborator xidmətin inkişaf dərəcəsi tibb müəssisəsinin inkişafını və gücünü göstərir. Bu da bir daha laboratoriyaların klinik diaqnozda nə dərəcədə əhəmiyyətli olduğunu vurğulayır".
 
Vüqar Qurbanovun sözlərinə görə, laborator testlərin düzgün götürülməsi, həkimlər tərəfindən doğru işlənilməsi, nümunələrin laboratoriyaya çatdırılması, analizatorlarda işlənilməsi və həkimlərə təqdim olunması kimi bir çox mərhələlərdən keçir. Bu mərhələlərin hər hansı birində edilən xətalar da çox ciddi problemlərə gətirib çıxara bilər. Laboratoriyalar dünya standartlarına uyğun avadanlıqlarla təchiz olunmalıdır. İcraçı direktor qeyd edib ki, TƏBİB tərəfindən həyata keçirilən “Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində tabeli tibb müəssisələrinin laboratoriyalarının tamamilə yenilənməsinə başlanılıb. Layihə çərçivəsində Respublika Kliniki Xəstəxanası, Sumqayıt Tibb Mərkəzi, Abşeron, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar rayon mərkəzi xəstəxanaları, Gəncə Şəhər Birləşmiş Xəstəxanası və digər tibb müəssisələrində tibbi laboratoriyalar beynəlxalq standartlara uyğun olaraq yenidən təsnif edilərək təşkil olunub.
 

Milli Məclisin deputatı Musa Quliyev qeyd edib ki, Heydər Əliyev Azərbaycanın səhiyyə sahəsinin inkişafına çox böyük önəm verirdi. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkədə səhiyyənin bütün sahələri üzrə yüksək səviyyəli milli kadrlar yetişib. M.Quliyev konqresi keçirənlərə təşəkkürünü bildirib, konqresin işinə uğurlar arzu edib. O, qeyd edib ki, konqresdə peşəkar mütəxəssislər öz elmi bilik və təcrübələrini paylaşmağı bu sahədə inkişafı müsbət təsir edəcək.

 

Mayın 5-dək davam edəcək konfransda yerli və xarici mütəxəssislər təbabətin müxtəlif problemlərini əhatə edən təqdimatlarla çıxış edəcək, mövzular ətrafında müzakirələr aparılacaq.

 
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Akademik Əhliman Əmiraslanov: “Respublikamızın ixtisaslaşdırılmış tibb müəssisələrində protezlə təchizat işi qənaətbəxş vəziyyətdədir
Qarabağ Universitetinin Klinikasına baş direktor təyin olunub  
Prostat vəzi xərçənginin müalicəsində irəliləyiş - Yeni dərman hazırlanıb
Niyə elm ənənəvi təbabətə inanmır?
Tanınmış cərrah Ramiz Məlikov vəfat edib
Bakı Sağlamlıq Mərkəzinin həkimi uzun sürən xəstəlikdən sonra vəfat edib
Pirallahı Tibb Mərkəzində EEQ müayinələrinə başlanılıb
Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunu qəbul edib  
Ödənişsiz Kt və MRT müayinələri Referans Qəbələ Tibb Mərkəzində!
Naxçıvanda Hemodializ Mərkəzi fəaliyyətə başlayacaq
Mərkəzi Gömrük Hospitalında seminar: “Qan və komponentlərinin transfuziyasının aparılması və nəzarət“
“Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktiki konfransı keçiriləcək
Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu vakansiya elan edir
Qaraciyər transplantasiyasında anesteziyanın xüsusiyyətlərinə dair görüş keçiriləcək
Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!