İsveçrə artıq COVID-19 peyvəndini tövsiyə etmir
11.04.2023 15:13

İsveçrə Federal İctimai Səhiyyə İdarəsi (FOPH) bu yazdan etibarən COVID-19 peyvəndinin, hətta yüksək risk altında olanlar üçün də tövsiyə edilmədiyini açıqlayıb.

 

Bu barədə Aztibb.az medimagazin.com.tr-yə istinadla bildirir.

 

İsveçrə höküməti bu qərarı xəstəliyə qarşı peyvənd olunmuş və virusa qarşı təbii immuniteti formalaşmış vətəndaşların sayı ilə əlaqələndirib.

 

FOPH öz saytında qeyd edib: "Prinsipcə, 2023-cü ilin yaz/yay ayları üçün heç bir COVID-19 peyvəndi tövsiyə edilmir. İsveçrədə demək olar ki, hər kəs peyvənd olunub, yaxud COVID-19-a yoluxub və sağalıb. Buna görə də onların immun sistemləri koronavirusa qarşı güclüdür."

 

Yüksək risk altında olanlar, 65 yaşdan yuxarı olanlar, immuniteti zəif olanlar və hamilə qadınların həkimlərlə fərdi müzakirələrdən sonra peyvənd ola biləcəkləri qeyd edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır