Uzun COVID-19 ilə bağlı narahatlığın nevroloji simptomu: Aylarla keçmir
12.03.2023 10:01

Dünyada 6 milyondan çox insanın ölümünə səbəb olan koronovirus epidemiyası yeni variantlarla yayılmağa davam edərkən elm adamları narahatlığa səbəb olan yeni araşdırma aparıblar.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, COVID-19-a yoluxduqdan sonra simptomların aylarla yox olmadığı "Uzun COVID-19" ilə bağlı tədqiqat aparan alimlər bir çox nevroloji simptomların ortaya çıxdığını bildiriblər. Onlar koronavirusa yoluxmuş insanları müayinə etdikdən sonra tapıntıların aydınlaşdığını açıqlayıblar.

 

Müayinədə bir çox insanda koronovirusa yoluxduqdan sonra dörd ay ərzində simptomların olduğu, ən çox görülən simptomların isə yorğunluq və baş ağrısı olduğu qeyd edilib. Uzun müddət COVID-19 olanların 69 faizi yorğunluq yaşadıqlarını, 67 faizi isə baş ağrısından əziyyət çəkdiklərini söyləyiblər.

 

Digər ümumi simptomlar aşağıdakı kimi sadalanıb:

Dad və qoxuda dəyişiklik (yüzdə 54 və 55)
Zehni qavramada yüngül pozğunluq (yüzdə 47)
Yaddaş problemi (30 faiz)
Qarışıqlıq (20 faiz).


Digər tərəfdən uzun müddət koronavirus sindromu olan insanlarda öskürək, əzələ ağrısı, burun axması və soyuqluğun da görüldüyü ifadə edilib.

 

Tədqiqatçı Elizabeth Ruthkowski uzun müddətdir COVID-19 olan insanların 25 faizinin depressiyadan əziyyət çəkdiyini bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır