Kifli çörək, tərəvəz və ya mürəbbə yedikdə orqanizmdə nə baş verir? - Həkim AÇIQLADI
27.02.2023 09:45

Həkim-toksikoloq Mixail Kutuşov yaşıl kifli ərzaqlar yedikdə orqanizmdə hansı dəyişiklərin baş verməsindən danışıb.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, kifin bu növünü meyvələr, tərəvəzlər, çörək, mürəbbənin səthində görmək olar.

 

Həkimin sözlərinə görə, bu kif göbələyi tez yayılır və qonur-yaşıl çalarlı koloniyalar şəklində artır.

 

İnsanın immuniteti güclü olduqda bu göbələk orqanizmə düşərsə o, mədə şirəsi ilə həzm edilir və orqanizmdən xaric edilir.

 

"Orqanizm zəif olduqda kifin sporları qana daxil olarsa bronxial astma, qaraciyərin sirrozu, bəd və xoşxassəli törəmələr kimi ağır xəstəliklərə səbəb ola bilər", - mütəxəssis qeyd edib.

 

Toksikoloq əlavə edib ki, ən zəhərli kif göbələyi sarı kif və qara çürüntüdür. Sarı kif güclü mikotoksin istehsal edir. Onun insan orqanizminə düşməsi son dərəcə təhlükəlidir: o, ağciyərlərin ağrılaşmalarına səbəb olur, hətta ölümə gətirib çıxara bilər.

 

Həkimin sözlərinə görə, çörəkdə kifin izi olmasa da kif iyi hiss edirsinizsə bu onun artıq kiflənməyə başladığını göstərir.

 

Kiflənmiş yerfıstığı pastası və yerfıstığının özü ən təhlükəli toksinlərdir. Həmçinin xarab olmuş konservlər botulizmə səbəb olduğundan son dərəcə təhlükəlidir. Kiflə örtülmüş ət məmulatları da çox təhlükəli hesab edilir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır