"Artıq çəki" epidemiyası - Piylənmə XXI əsrin qlobal problemidir / 2-ci yazı 
24.02.2023 10:08

Piylənmə problemini uşaqlıqdan, gənclikdən deyil, daha əvvəldən düşünmək lazımdır. Professor Aleksandr Ametov bildiri ki, piylənmənin qarşısının alınmasında bu yanaşma xüsusilə nəzərə alınmalıdır.

 

Aztibb.az "Arqumentı i Faktı" nəşrində dərc olunan növbəti yazını ixtisarla təqdim edir. Nə üçün artıq yağ bəşəriyyət üçün bu qədər təhlükəlidir? 

 

Alim qeyd edir ki, bütün funksiyaların, orqan və sistemlərin təməli metabolik proqramlaşdırmanın olduğu prenatal dövrdə qoyulur. Çox yüksək, yaxud çox aşağı bədən çəkisi ilə (4,5 kq-dan çox və 2,5 kq-dan az) doğulan uşaqların gələcəkdə piylənmə və şəkərli diabetlə üzləşmə riski böyükdür. Bədən çəkisi insulin müqavimətinin pozulmasında rol oynayır və 50 yaşına qədər belə insanlarda metabolik xəstəliklər riski 7-10 dəfə artır.

 

Buna görə də, gələcək analar hamiləliyini diqqətlə planlaşdırmalı, sağlamlığına və qidalanmasına diqqət yetirməlidirlər. 

 

Professor bu məsələdə təkcə genetik meyl deyil, həm də ətraf mühit amilləri və həyat tərzinin əhəmiyyətli rol oynadığını deyir: “Hesdab edirəm ki, piylənmənin artması ilə bağlı əsas problem bizim aşağı qida mədəniyyətimiz və eyni dərəcədə aşağı fiziki aktivliyimizdir”. 

 

“Çoxumuz gündə 23,4 saat oturaq həyat tərzi keçiririk. Yəni, aktivlik orta hesabla cəmi 20 dəqiqə təşkil edir. Metabolik sağlamlığı qorumaq üçün 22 yaşdan yuxarı bütün insanlar gündə 10.000 addım getməlidirlər. 50-60 yaşdan yuxarı olanlar isə hər gün ən azı 3000 addım atmalıdırlar”, – deyə A.Ametov bildirib. 

 

Professor piylənmənin daha çox ətraf mühit olduğunu təsdiqləyən maraqlı bir araşdırma haqqında danışıb: “Məlum olub ki, artıq çəkisi olan bir neçə dostunuzun olması sizin də “piylənmə şansı”nızı artırır".  

 

Əksər ölkələrdə əhalinin fiziki fəallığının artırılması məqsədilə kompleks layihələri özündə əks etdirən dövlət dəstəyi proqramlarının tətbiq olunmasına baxmayaraq, mütəxəssislərin fikrincə, piylənmənin qarşısının alınmasında əsas məsələ insanın öz həyat tərzinə diqqət yetirməsidir. 

 

“Sağlam həyat tərzi öyrədilməli, bu düşüncəyə uşaqlıqdan sərmayə qoyulmalıdır. Bu problemdən əziyyət çəkənlər başa düşməlidirlər ki, həyatı boyu qazanılmış metabolik pozğunluqların qarşısını almağa imkan verəcək sehrli həb yoxdur”, – Rusiya Elmlər Akademiyasının akademiki Yelena Qoluxova bildirib.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər