Tədqiqat: COVID-19 ürək sağlamlığına necə təsir edir?
22.02.2023 09:24

Kolumbiya Universitetinin kardioloqu, biofizika üzrə professor Endryu Marks, tədqiqatçı Steven Reiken və komandası ürəkdə baş verən bəzi dəyişiklikləri tədqiq ediblər.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla bildirir ki, tədqiqat qrupu COVID-19 keçirmiş xəstələrdə ürək toxumasında oksidləşdirici stress və iltihab siqnallarında artım müşahidə edib. Həmçinin kalsium ionlarının səviyyəsini tənzimləyən ürəyin zülalında mənfi dəyişikliklər aşkarlanıb.

 

Mütəxəssislər COVID-19-a yoluxmuş siçan modelindən istifadə edərək ürək hüceyrələrinin və qan laxtalarının ölümü də daxil olmaqla ürək toxumasında dəyişikliklər müşahidə ediblər.

 

“Həkimlər COVID-19 infeksiyası ilə bağlı ürək dəyişikliklərindən xəbərdar olmalıdırlar. Molekulyar səviyyədə dəyişikliklərin aşkarlanması, COVID-19 ilə bağlı ürək simptomlarını yaxşılaşdıra bilən dərmanların tapılması mütəxəssislərə bu problemləri daha effektiv müalicə etməyə kömək edə bilər”, - tədqiqatçılar bildiriblər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır