Türkiyəli professorlar BioNTech-i Almaniyadan köçürmək qərarına gəliblər
24.01.2023 14:44

Koronavirusa qarşı ilk peyvənd hazırlayan türkiyəli professorlar Uğur Şahin və Özlem Türeci şirkətləri olan BioNTech-i Almaniyadan köçürmək qərarına gəliblər. 

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, Almaniyada tibb dünyasının ən əhəmiyyətli mükafatlarından sayılan "Paul-Ehrlich" və "Ludwig Darmstaedter - 2022"ni də alan cütlük, şirkətin fəaliyyətini İngiltərəyə köçürməyi planlaşdırırlar.

 

Almaniya mətbuatında çıxan xəbərlərdə ölkədəki ağır bürokratiya tənqid edilib. Problemlərin daha tez aradan qaldırılması üçün İngiltərədəki dərman hazırlayan şirkətlərlə səlahiyyətlilər arasında daha sıx əlaqənin olduğu bildirilir.

 

Mövzu ilə bağlı çıxış edən prof. Ö.Türeci Avropada biotexnologiya ekosistemlərinin təşviqi, müvafiq qaydalar və təlimatlar, eləcə də bunun araşdırmaların maliyyələşdirilməsi ilə daha sürətli praktikaya çevrilməsi baxımından qərarların təsirli olduğunu söyləyib.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır