COVID-19-un yeni variantı olan  XBB.1.5 nə qədər təhlükəlidir?
11.01.2023 09:57

Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti Mədinə Abdullayeva “Həkim məsləhəti” rubrikasında “COVID-19-un yeni variantı olan XBB.1.5 nə qədər təhlükəlidir!” sualını cavablandırıb.

 

Aztibb.az xəbər verir ki, həkim Kraken adı verilən XBB.1.5-in Omikronun bir alt variantı olduğunu bildirib. Onun sözlərinə görə, XBB.1.5 iki müxtəlif Omikron subvariantlarının rekombinasiyası nəticəsində ortaya çıxıb. Bu subvariant RBD-də S486P mutasiyası mövcuddur. Bu mutasiya isə virusun ACE2 reseptoruna bağlanmasını artırır. Nəticədə virusun yoluxduruculuq qabiliyyəti və çoxalması sürətlənir.

 

Mədinə Abdullayeva qeyd edib ki, hazırda bu virus 29-dan çox ölkədə aşkarlanmışdır. Ümumdünya Səhiyyə Təşkilatı XBB.1.5-i bu günə qədər olan viruslar arasında COVID-19-un ən yoluxucu variantı adlandırıb. XBB.1.5-in əsas əlamətləri boğaz ağrısı, burun tıxanıqlığı ilə yanaşı qızdırma, ciddi əzələ, bədən ağrısı, öskürəkdir. Hal-hazırda tək COVID-19 deyil, İnfluenza (qrip) və tənəffüs yolu ilə yoluxduran digər viral xəstəliklər də ciddi problem yaradır. Xüsusilə qeyd etmək istəyirəm ki, qrip (İnfluenza virusu) ağır fəsadlar yarada bilən bir xəstəlikdir.

 

Həkimin sözlərinə görə, qrip sonrası sinusit, otit, pnevmoniya kimi ciddi bakterial ağırlaşmalar da müşahidə olunur. Yaşlılar, şəkərli diabet, qaraciyər, böyrək çatışmazlığı olan, orqan transplantasiyası edilən xəstələr, ciddi immunsupresif müalicə alanlar (kimya müalicəsi, steroid və s.) COVID-19 və qrip infeksiyasının ağırlaşması üçün risk qrupudur. COVID-19 və qrip infeksiyasını kliniki olaraq bir-birindən ayırmaq mümkün deyil:

 

"Ona görə də üst tənəffüs yolu infeksiyası əlamətləri olan xəstələr mütləq testlərdən keçməlidir. Həkim tərəfindən müayinə olanaraq zamanında uyğun müalicə almalıdır. Qripdən qorunmanın ən effektif yolu isə peyvənddir. COVID-19, influenza və digər tənəffüs virusları hava-damcı yolu ilə yayıldığı üçün xüsusən qapalı yerlərdə maska taxaraq və əl gigiyenasına ciddi diqqət edərək özünüzü qoruyun".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır