Çində COVID-19 dərmanının onlayn satışına icazə verilib
14.12.2022 11:15

Çində ABŞ-ın "Pfizer" şirkəti tərəfindən COVID-19-un müalicəsi üçün istehsal edilən, tablet şəklində olan dərmanının reseptlə onlayn satışına icazə verilib.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, ölkənin Dövlət Şurası təcili istifadə icazəsi olan COVID-19 dərmanlarının reseptlə internetdə satıla biləcəyini bildirib. Testi müsbət çıxan xəstələrə Pfizer-in COVID-19 dərmanının bir qutusu 2,980 yuana (427 dollar) satılır.

 

Qeyd edək ki, Çinin Milli Dərman Məhsulları İdarəsi fevralın 12-də "Paxlovid" dərmanının şərti təcili istifadəsinə icazə vermişdi.

 

"Pfizer" şirkəti virus əleyhinə aktiv maddələr olan "nirmatrelvir" və "ritonavir"in birləşməsindən ibarət dərmanın klinik sınaqlarda koronavirusa yoluxmuş insanlarda ölüm riskini 88 faiz azaltdığını bildirmişdi. Laboratoriya tədqiqatlarında dərmanın COVID-19-un Omicron variantına qarşı da təsirli olduğu müəyyən edilmişdi.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır