Miqrenin beyindaxili boşluqlarda genişlənmə ilə əlaqəsi aşkarlanıb - TƏDQİQAT
25.11.2022 11:41

Alimlər ilk dəfə ultrayüksək keyfiyyətli tomoqrafiya aparatında miqrenli xəstələrin beynini tədqiq ediblər. Müəyyən edilib ki, beyindən keçən damarları əhatə edən və beynin təmizləməsində iştirak edən boşluqlar genişlənib. Bunun xəstəliyin nəticəsi və ya onun səbəblərindən biri olduğu ehtimal edilir.

 

Aztibb.az naked-science.ru-ya istinadla xəbər verir ki, Cənubi Kaliforniya Universitetindən olan alimlər maqnit-rezonans tomoqrafiyasının köməyi ilə miqrendən əziyyət çəkən pasiyentlərin beynini tədqiq etdikdə sağlam insanlarla müqayisədə, onlarda perivaskulyar boşluqların - mərkəzi sinir sisteminin damarlarını əhatə edən, eləcə də beyin və orqanizmin digər hissələri arasında maddələrin daşınmasında iştirak edən çatların əhəmiyyətli dərəcədə genişləndiyini müşahidə ediblər. 

 

Perivaskulyar boşluqların genişlənilməsi demensiya da daxil olmaqla beynin zədələnmələri kimi nevroloji xəstəliklərin əhəmiyyətli diaqnostik əlaməti hesab edilir.

 

Perivaskulyar boşluqlar metabolizmin beyində toplanan məhsullardan təmizlənməsində böyük rol oynayır. Ehtimal olunur ki, bu boşluqların genişlənməsi bu təmizləmənin pozulmasına şahidlik edir və miqrenin inkişafına aparır. Digər tərəfdən, onun daha dərin dəyişikliklərin nəticəsi olduğu güman edilir.

 

Müəllif: Səadət Abdullayeva

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Oromandibulyar distoniya nədir?
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
İSİM-in bir qrup işçisi təltif olunub
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Diabet və böyrəklər: səssiz təhlükə
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
 Ağsu Rayon Mərkəzi Xəstəxanasında qanvermə AKSİYASI
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Gəncədə