"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Aynurə Əliyeva 
01.10.2026 16:44

"Həkimlərimizi tanıyaq!" rubrikamızda Tovuz RMX-nın həkim-laborantı Əliyeva Aynurə Hidayət qızını təqdim edirik.

 

O, 22 aprel 1995-ci ildə anadan olub.

 

A.Əliyeva 2001-ci ildə Tovuz rayonunda Yusif Sadıqov adına tam orta məktəbdə təhsil almağa başlayıb və 2012-ci ildə həmin məktəbi uğurla başa vurub.

Elə həmin il Azərbaycan Tibb Universitetinə qəbul olan Aynurə Əliyeva 2018-ci ildə ali tibb təhsilini tamamlayıb. Həmin ildə həkim-laborant ixtisası üzrə rezidenturaya qəbul olub. Rezidentura təhsilini Azərbaycan Tədris Cərrahiyyə Korpusunda davam etdirərək 2020-ci ildə uğurla başa vurub.

 

2020-ci ildən etibarən Tovuz Rayon Mərkəzi Xəstəxanasında həkim-laborant vəzifəsində fəaliyyət göstərir. Bu gün də öz peşəsinə məsuliyyətlə yanaşaraq, insanların sağlamlığının keşiyində dayanmaq missiyasını böyük sevgi və peşəkarlıqla davam etdirir.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş