Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib  
01.10.2026 15:26
Yeni Klinikada Britaniya-Azərbaycanlı Həkim və Stomatoloqlar Assosiasiyasının (ABADD) rəhbəri ilə görüş keçirilib.
 
Bu barədə Aztibb.az-a Yeni Klinikadan məlumat verilibş
 
Bildirilib ki, görüş çərçivəsində Yeni Klinikanın direktoru Zəhra Vəzirova, ABADD-nin baş icraçı direktoru Fidan İsrafilbəyli, tibb müəssisəsinin Terapiya, Mama-ginekologiya, Ümumi cərrahiyyə şöbələrinin həkim-mütəxəssislərinin iştirakı ilə canlı tibbi konsilium təşkil edilib.
 
Konsilium zamanı pasiyentin vəziyyəti ilə bağlı müayinə və laborator nəticələr birgə dəyərləndirilib, klinik vəziyyəti ətraflı müzakirə olunaraq yekun diaqnoz müəyyənləşdirilib.
 
Dəyirmi masa müzakirələrində tərəflər arasında teletibbin təşkili, onlayn konsiliumların keçirilməsi, birgə tədqiqat layihələrinin reallaşdırılması, kliniki audit və rəqəmsal həllərin tətbiqi istiqamətində əməkdaşlıq həmçinin beynəlxalq konfranslarda iştirak imkanları nəzərdən keçirilib.
 
Görüş gələcək birgə təşəbbüslərin formalaşdırılması, beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi və peşəkar əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələrlə yekunlaşıb.
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?