Çirkli hava zərərsiz bakteriyanı ciddi infeksiya mənbəyinə çevirə bilər
09.10.2026 08:51

Hava çirkliliyinin ciddi bakterial infeksiyaların yaranma riskini artıra biləcəyi müəyyən edilib.

 

Aztibb.az "Nature Microbiology" jurnalında dərc olunan araşdırmaya istinadən yazır ki, xəstəliyin yaranma vaxtı və riskin səviyyəsi bölgədə yayılan bakteriya ştamından asılı olaraq dəyişir.

Tədqiqatçılar Streptococcus pneumoniae bakteriyasına diqqət yetiriblər. Bu bakteriya insanların burun və boğazında geniş yayılıb və əksər hallarda zərərsizdir. Lakin aşağı tənəffüs yollarına və ya qan dövranına keçdikdə pnevmoniya, qan infeksiyası və meningit kimi invaziv pnevmokok xəstəliklərinə səbəb ola bilər.

Alimlər 2005–2023-cü illər arasında 531 xəstəxanada qeydə alınmış 59 017 ciddi infeksiya hadisəsini və həftəlik hava çirkliliyi göstəricilərini təhlil ediblər. Araşdırmada xüsusilə diametri 2,5 mikrometrdən kiçik olan PM2.5 hissəciklərinin təsiri qiymətləndirilib. Bu hissəciklər ağciyərlərin ən dərin nahiyələrinə qədər nüfuz edə bilir.

Nəticələr göstərib ki, PM2.5 səviyyəsinin bir həftə ərzində orta hesabla 50 mikroqram/m³ olması növbəti səkkiz həftə ərzində invaziv pnevmokok xəstəliyi riskini 3,4 faiz, 100 mikroqram/m³ olması isə 18 faiz artırıb. Riskin artma vaxtı isə bakteriyanın ştamından asılı olub: bəzi ştammlarda təsir elə həmin həftə, digərlərində isə bir neçə həftə sonra müşahidə edilib.

Yaş da riskin səviyyəsinə təsir göstərib. 65 yaş və yuxarı insanlarda PM2.5 səviyyəsinin 50 mikroqram/m³ olması səkkiz həftə ərzində riski 16 faiz artırıb. Altı yaşadək uşaqlar isə bütün xəstəlik hallarının təxminən dörddə birini təşkil edib. Eyni zamanda, çirklənmədən sonra meningit riskinin artımı qan infeksiyalarına nisbətən daha yüksək olub.

Araşdırmada antibiotiklərə davamlı pnevmokok infeksiyalarının da təxminən 9 faiz artdığı müəyyən edilib. Temperatur və rütubətin də xəstəlik riskinə təsir göstərdiyi, yüksək temperaturun və müəyyən rütubət səviyyələrinin riski artıra bildiyi aşkarlanıb.

Tədqiqat müşahidə xarakterli olduğundan, hava çirkliliyi ilə infeksiyalar arasında birbaşa səbəb-nəticə əlaqəsini tam sübut etmir. Bundan əlavə, araşdırmada adi, invaziv olmayan pnevmoniya halları qiymətləndirilməyib.

Müəlliflərin fikrincə, nəticələr hava keyfiyyətinin mütəmadi izlənilməsinin və çirklənmənin yüksək olduğu dövrlərdə səhiyyə sistemlərinin əvvəlcədən hazırlıqlı olmasının vacibliyini göstərir. Hava çirkliliyinin tənəffüs yollarının qoruyucu mexanizmlərini zəiflətməsi və bakteriyaların hüceyrələrə yapışmasını dəyişdirməsi mümkün izahlar arasında göstərilir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Oromandibulyar distoniya nədir?
İSİM-in bir qrup işçisi təltif olunub
Diabet və böyrəklər: səssiz təhlükə
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
 Ağsu Rayon Mərkəzi Xəstəxanasında qanvermə AKSİYASI
 ATU nümayəndəsi Afinada keçirilən beynəlxalq pediatriya konqresində elmi təqdimatla çıxış edib