Ambroziyaya allergiyası, meningokok infeksiyası və denqe qızdırmasına qarşı yeni vaksinlər hazırlanır
07.10.2026 11:10

Rusiyada bir neçə yeni vaksinin hazırlanması istiqamətində iş aparılır. Söhbət ambroziya allergiyasına, meningokok infeksiyasına və denqe qızdırmasına qarşı vaksinlərdən gedir. Paralel olaraq Federal Tibbi-Bioloji Agentlik (FMBA) qlioblastomanın müalicəsi üçün fərdiləşdirilmiş preparat üzərində də çalışır.

 

Aztibb.az "Kommersant" qəzetinə istinadən yazır ki, bu barədə agentliyin rəhbəri Veronika Skvortsova “Bioprom” forumunda məlumat verib.

 

Skvortsovanın sözlərinə görə, növbəti mərhələyə ən yaxın olan layihə ambroziya tozcuğuna qarşı allergiyanın müalicəsi üçün preparatın hazırlanmasıdır. Onun sözlərinə görə, preparat artıq qeydiyyata alınmaq üzrədir.

Bununla yanaşı, ağcaqayın tozcuğuna qarşı allergiya və çarpaz qida allergiyasına qarşı ilk Rusiya allergiya vaksini olan “Allergarda” ötən həftə qeydiyyata alınıb. Preparatın artıq oktyabr ayında mülki dövriyyəyə buraxılması planlaşdırılır.

FMBA meningokok infeksiyası və denqe qızdırmasına qarşı preparatların hazırlanması üzərində də işi davam etdirir. Sonuncu preparat artıq klinik tədqiqatlar mərhələsinə keçib.

Ayrıca istiqamətlərdən biri fərdiləşdirilmiş onkoloji vaksinlərin hazırlanmasıdır. Agentlik daha əvvəl kolorektal xərçəngin müalicəsi üçün preparat təqdim edib. Hazırda isə aqressiv beyin şişi olan qlioblastomadan əziyyət çəkən pasiyentlər üçün preparat hazırlanır. Bu texnologiyanın klinikadan əvvəlki sınaqları 2026-cı ilin əvvəlində başa çatdırılıb.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib