İnsanlar qərarvermə prosesini süni intellektə ötürməyə başlayacaqlar
08.10.2026 13:39

İnsanlar getdikcə daha çox mühüm bacarıqlardan birini – qərarvermə qabiliyyətini süni intellektə həvalə edəcəklər.

 

Aztibb.az xəbər verir ki, "Life" portalına müsahibəsində bu proqnozu fantast yazıçı Çen Tsyufan səsləndirib.

Onun sözlərinə görə, texnologiyaların inkişaf tarixi göstərir ki, daha rahat və əlverişli vasitə ortaya çıxdıqda insan müəyyən bacarıqlardan əvvəlki qədər istifadə etməməyə başlayır.

Əvvəlcə kalkulyatorlar insanın zehindən hesablamalar aparmaq ehtiyacını azaltdı, daha sonra GPS naviqasiya sistemləri marşrutları yadda saxlamaq zərurətini, demək olar ki, aradan qaldırdı. Çen Tsyufanın fikrincə, növbəti mərhələdə müstəqil yazı yazmaq bacarığı, daha sonra isə qərarvermə qabiliyyəti də texnologiyaya ötürülə bilər.

“İstənilən alət nəyisə bizdən alır, eyni zamanda başqa bir qabiliyyətimizi genişləndirir”, – deyə yazıçı qeyd edib.

Bununla belə, Çen Tsyufan bu prosesi birmənalı şəkildə mənfi qiymətləndirmir. Onun fikrincə, əsas məsələ insanın texnologiyaya ötürülən funksiyalar nəticəsində azad olan vaxt və intellektual resursdan necə istifadə edəcəyidir.

Fantast yazıçının fikrincə, süni intellektin geniş yayılmasının nəticələri yalnız neyroşəbəkələrin imkanlarından deyil, həm də müəyyən funksiyaların maşınlara ötürülməsindən sonra insanın hansı bacarıqlarının hələ də tələb olunacağından asılı olacaq.

Süni intellekt artıq tibbi görüntülərin təhlili, diaqnostik qərarların dəstəklənməsi, xəstəlik risklərinin qiymətləndirilməsi və tibbi məlumatların emalı kimi istiqamətlərdə geniş imkanlar yaradır. Lakin qərarvermənin müəyyən hissəsinin süni intellektə ötürülməsi həkimin peşəkar məsuliyyətini və insan amilini aradan qaldırmamalıdır. Tibbdə əsas məsələ süni intellektin insanı əvəz etməsi deyil, onun həkimin qərarverməsini daha dəqiq və effektiv şəkildə dəstəkləyən vasitəyə çevrilməsidir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə   
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
Şəfa görmək istəyən Naftalana gəlsin   
Vətəndaşlar üçün tibbi xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi imkanı yaradılıb  
Dəri altında yaranan şişlik dermoid kista ola bilər